15 C
Baku
Friday, March 29, 2024

Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi – Bank BTB

Müştəri xidmətləri şöbəsi

Bakı / (012) 499 79 95 / [email protected]

İş barədə məlumat

  • Bank “BTB” ASC-nin mövcud tariflərinə  əsasən bütün növ bank məhsul və xidmətlərinin  satışını  təşkil etmək;
  • Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
  • Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları  bağlamaq;
  • Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
  • Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
  • Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank  Kartları şöbəsinə təqdim etmək;
  • Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
  • Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.

Namizədə tələblər

  • Vahid komandada işləmək qabiliyyəti;
  • Azərbaycan, rus dillərini bilmək;
  • Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
  • Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.

Qeydlər

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 30.06.2018-ci il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər