Mustafa Abbasbəyli sədr təyin edilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının(ASA) təsisçilərinin yığıncağı keçirilib. Yığıncaqda 2017-ci ilin nəticələri müzakirə edilib və yeni sədr seçilib. Assosasiyasının yeni sədri Mustafa Abbasbəyli təyin edilib.

Qeyd edək ki, əvvəlki sədr Orxan Bayramov Assosiasiyadan ayrılandan  sonra sədr vəzifəsinin icrası müvəqqəti Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Vüqar Əliyevə həvalə edilmişdi.

Xatırladaq ki, Mustafa Abbasbəyli 2004-2014-cü illərdə “Standard İnsurance” sığorta şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2011 – 2014-cü illərdə Standard İnsurance Georgia Sığorta Şirkətinin Müşahidə şurasının üzvü vəzifəsində fəaliyyət göstərib. 2014-2016-cı illərdə “ISR Auto/Toyota Baku” şirkətinin baş direktoru olub. 2015-ci ildən  Caspian European Clubun İdarə Heyətinin üzvü, Vergi və Gömrük Komitəsinin sədridir.2016-cı ilin aprel ayından isə  Beyli Group şirkətinin İdarə Heyətinin sədridir.


Qeyd edək ki, məlumatı Fins.az saytı yayıb.