15 C
Baku
Saturday, April 20, 2024

Mütəxəssis – Express Bank

Vəzifə: Biznesin İnkişafı Departamenti / Birbaşa satışlar və müştəri münasibətlərinin idarə edilməsi şöbəsi / Korporativ müştərilərin cəlb olunması bölməsi / Mütəxəssis

Tələblər:

– Ali iqtisadi təhsil;
– Analojı sahə (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 1-2 il iş təcrübəsi;
– Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
– Kompyuter proqramları üzrə biliklər;
– Analitik düşüncə;
– Ünsiyyətcillik;
– Komandada işləmək bacarığı;
– İşə yaradıcı yanaşmaq və yeni ideyaları stimullaşdıra bilmək;
– İnandırıcılıq qabiliyyəti;
– Dəqiq planlaşdırma və nəzarətetmə qabiliyyəti.

Vəzifə öhdəlikləri:

– Bank tərəfindən qoyulmuş yığım planının yerinə yetirilməsi;
– Potensial müştərinin tapılması üzrə işlərin aparılması;
– Yeni korporativ müştərilərin cəlb edilməsi (Müştərilərlə görüş almaq, görüşlər   keçirmək, təkliflər hazırlamaq, müştərilərə bank məhsulları haqqında tam, dolğun, dəqiq məlumatlar vermək);
– Müştəri məmnuniyyətinin təmin edilməsi;
– Cəlb etdiyi müştərilər üzrə hesabatın aparılması;
– Bankın işgüzar nüfuzunun qorunması;
– Satış texnikaları üzrə biliklərin işində tətbiq edilməsi;
– Rəhbərliyə gündəlik, həftəlik və aylıq satış haqqında hesabatların hazırlanması;
– Satış təqdimatlarının məzmununun satış tipini və ticarət amilini öyrənərək tənzimlənməsi;
– Korporativ satış bazasının mütəmadi olaraq inkişaf etdirilməsi.

Biz sizə nələr təklif edirik:

– Azərbaycanın aparıcı banklarının birində iş;
– AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
– Stabil əmək haqqı;
– Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
– Professional və maddi inkişaf perspektivləri;

E – mail : [email protected]

Son xəbərlər
Digər xəbərlər