12 C
Baku
Friday, March 29, 2024

Müxtəlif ölkələrin yeni il adətləri

Yeni il bütün dünya xalqlarının ən sevimli bayramıdır. Heç bir digər bayram ümumxalq sevgisinə və kütləviliyinə görə onunla müqayisə edilə bilməz.

Yer kürəsinin müxtəlif nöqtələrində Yeni ili necə qarşılayırlar?

Belarus: Qoy alovlansın

Ənənəvi olaraq beloruslar yeni il ərəfəsində köhnə ili yola salırlar və ötən il ərzində baş verən yaxşı hadisələrə görə köhnə ilə minnətdarlıq edirlər.

Saat 12 tamam olanda bir çoxları ürəyində arzu tutur və daha sonra onu alovda yandırır. Daha sonra isə külü şampana əlavə edirlər. Bundan sonra şampanı saatların zəngi səslənən müddət ərzində içmək lazımdır.

Bir qayda olaraq, bayram masasının üzərində mütləq olivye salatı olur və televiziya vasitəsi ilə prezidentin xalqa təbrik mesajı yayımlanır (Azərbaycanda da oxşar vəziyyətdir, bizim yeni il masamızda mütləq paytaxt salatı olur).

Bolqarıstan: Aləm nura boyansın!

tradicii new year
Bolqarıstanda Yeni ilin girməsinə bir neçə dəqiqə qalmış bütün evlərdə işıqlar üç dəqiqəlik söndürülür. Xüsusən də bu ənənəni aşiq oğlanlar və qızlar sevir, onlar bu vaxtı “yeni il öpüşlərinin dəqiqələri” adlandırır.

Yalnız bundan sonra ev sahibəsi tortu doğramağa başlayır. Tortun içində isə hər hansı bir sürpriz gizlədilmiş olur. Əgər bəxtinə qəpik çıxarsa –onda bol ruzi bərəkət gözlə, əgər qızılgül budağı çıxarsa –qismətin sevgi olacaq.

Çexiya: Falçıya getmə

tradicii new year
Çexiyada Yeni il gənc qıza bu il ərə gedib -getməyəcəyini bilmək üçün əla fürsətdir. Yanvarın 1-nin olmasına bir neçə dəqiqə qalmış gənc xanımlar evin qapısının qarşısında üzü arxa tərəfə dayanır və ev başmaqlarını çiyinlərinin üstündən arxa tərəfə atırlar. Əgər başmaq qapı istiqamətinə düşərsə, onda xanımı bu il yeni ailə həyat gözləyir, əgər başmaq üzü evə sarı düşərsə, onda xanım ərə getmək üçün daha bir il gözləməli olacaq.

Belçika: Həyatımız bir oyundur

tradicii new year
Belçikalılar Yeni ili oyun masasının arxasında qarşılamağa adət ediblər. Onlar milli kart oyunu oynayır və qalibin mükafatı Belçikanın milli şirniyyatı olur. Söhbət üzərində şəkər şirəsi, şəkər tozu və şokolad qırıntıları olan böyük şişirdilmiş yumşaq bulkadan gedir.

Belə hesab olunur ki, bu bulka böyük bir uğurun müjdəçisidir. Ona görə belçikalılar oyun zamanı əllərindən gələni edirlər ki, qalib məhz özləri olsun və bulka onlara çatsın.

Çin: Salyut!

tradicii new year
Çində Yeni ilin başlanması milyonlarla salyut atəşlərinin sədası altında və atəşfəşanlıq içərisində baş verir, çinlilərdə belə bir inam var ki, Yeni ilə gedən yol bədbin ruhlar ilə doludur və onları qovmaqdan ötrü mütləq partlanğıc və fişənglər ataraq, xırda partlayış səsləri ilə qorxutmaq lazımdır. Yeni il üçün hər bir ailə öz fişənglərini hazırlayır. Çində pirotexnik adətlər çox güclüdür və əhali Yeni ilə öz salyutlarının yaylım atəşi altında qarşılayır.

Avstriya: Hamımız bazara

tradicii new year

Hələ 18-ci ərsin sonlarından bəri bu ölkədə fiqurlar hədiyyə etmək və hər bir tərəfə üzərində xoşbəxtlik simvolu hesab olunan dörd yarpaqlı yonca təsviri olan açıqcalar göndərmək adəti formalaşıb.

Yeni il ərəfəsində Vyana özünəməxsus gözəllik əldə edir. Şəhər həmişəkindən də füsunkar olur. Meydanlarda iri Milad bazarları quraşdırılır, burada hər şey almaq mümkündür -əl işləri, geyimlər, müxtəlif dizaynerlərin bahalı bəzək əşyalarından tutmuş xırda çöp ulduzlarına və yolka oyuncaqlarına qədər hər şeyə rast gəlmək olar.

İngiltərə: Zəngləri çal

tradicii new year
İngiltərədə Yeni ilin gəlişi haqqında səslənən kilsə zəngləri xəbər verir. Düzdür zəngin saatları gecə yarıdan bir az öncə səslənməyə başlayır və bunu sanki “pıçıltı ilə” edir. Ona sarılmış ədyal zəngə öz gücünü bütünlüklə göstərmək imkanı vermir.

Amma düz saat 12 tamamda zəngləri “soyundurur” və onlar tam gücü illə Yeni il himnlərini oxuyurlar. Bu anda əgər sevgililər üzümüzə gələn ildə ayrılmaq istəmirlərsə bağambürc ağacının altında bir-birlərini öpməlidirlər. Belə hesab olunur ki, bu ağac olduqca sehr edici bir qüvvəyə malikdir.

Həmçinin britaniyalılar “Yeni ilin içəri buraxılması” kimi köhnə bir adətə əməl edilər. Saat12-ni vurmağa başlayanda onlar evin dal qapılarını açırlar ki, köhnə il evi tərk edə bilsin, saat tam 12 olanda isə onlar evin qabaq qapılarını açırlar ki, yeni il daxil ola bilsin.

Braziliya: Hamı çimərliyə!

tradicii new year

Yeni il ərəfəsindəki gecədə Rio-de-Janeyro sakinləri okean sahilinə çıxır və dəniz ilahəsi Yemanjeyə bəxşişlər gətirirlər. Bir zamanlar bura gətirilmiş və köləliyə məhkum edilmiş afrikalıların nəsilləri həmin dəniz ilahəsinə sitayiş edirmişlər. İndi bu Braziliya mədəniyyətinin bir hissəsinə çevrilib.

İnanan əhali ilahəyə bəxşişlər gətirir: çiçəklər, ağ şamlar, ətirlər, güzgülər, zərgərlik məmulatları. Onlar bu əşyaları balaca qayıqlara qoyur və ötən ilə görə minnətdarlıq əlaməti olaraq okeana yollayır.

Onu da qeyd etmək lazımdır ki, ağ geyimlərin üzərinə bəzən başqa rənglər də əlavə edilir, bunlar isə insanların digər arzularını təcəssüm etdirir: sağlamlıq çəhrayı, ümid- yaşıl, sevgi-qırmızı, rifah- sarı və qızılı.

Yaponiya: Eyni dırmığı tapdamaq

tradicii new year

Yaponiyada yeni il aksessuarları arasında xoşbəxtlik həmailləri böyük populyarlıq qazanır- məsələn Yeni qabağı dırmıq alanlar olur ki, Yeni ildə xoşbəxtliyi dırmıqla özünüzə çəkə biləsiniz. Bambuk ağaclarından hazırlanmış –kumade dırmaqlarının ölçüləri 1-sm-dan 1,5 metrə qədər ola bilir. Onları zəngin naxışlar ilə bəzəyirlər.

Gələn Yeni ilin könlünü ələ almaq, onun insanlara xoşbəxtlik gətirməsi üçün yaponlar evlərinin qarşısında kadomatsu –üç bambuk çubuqdan düzəldilmiş, o qədər də böyük olmayan darvaza ucaldır. Daha varlı olan yaponlar bu kadomatsunu balacaboy şam ağaclarından, bambuk zoğlarından və balaca çiçəkləyən şaftalı və gavalı ağacından düzəldirlər.

Son xəbərlər
Digər xəbərlər