13 C
Baku
Friday, March 29, 2024

Müxtəlif yaşlı insanlar onlayn ödənişlərə necə adaptasiya olurlar – araşdırma

Amerikalı Zelle ödəmə şəbəkəsinə sahib olan maliyyə şirkəti Early Warning Services, istehlakçıların rəqamsal ödənişlərə münasibətlərini öyrənən sosioloji tədqiqatların nəticələrini nəşr edib.

Anketdə  P2P-nin  nə olduğunu bilən, online və mobil bankdan istifadə edən 9 mindən çox amerikalı iştirak edib.

Araşdırma nəticəsində məlum olub ki, P2P-nin istifadə faizi bütün respondent  nəsillərdə olduqca yüksəkdir. Beləliklə baby-boomers´in fikrincə (1943-1963-cü illər arasında doğulmuş insanlar) maliyyə qurumlarına olan etibar rəqamsal ödənişlərdən istifadə etmək üçün ən vacib amildir. Lakin milleniarlar (1980-2000 illərdə doğulanlar) və X nəslin nümayəndələri rəqəmsal ödənişlərin xidmətləri haqqında dost və qohumlarının tövsiyyələrinə daha çox qulaq asırlar.

Bildirilir ki, mobil və online bankçılıqdan ən çox millenial nəsli(75%) istifadə edir. İkinci yeri X nəslinə aid edilən respondentlər tutur(69%),  üçüncü yerə isə-baby-boomers (51%) yiyələnir.

Bundan əlavə olaraq p2p servisindən  ən azı həftədə bir dəfə 49 % milleniallar, 42% X nəsli və 32% Baby-boomers-lər tərəfindən istifadə edilir.

Həm də, bütün nəsillər P2P ödənişlərinin xidmətlərindən istifadə  etmək üçün  təhlükəsizliyi çox mühim amil kimi müəyyən ediblər. Baby-boomers-lər bu xüsusiyyəti birinci yerdə, X nəsli üçüncü yerdə, milleniallar isə beşinci  yerdə müəyyənləşdiriblər. Ümumilikdə bu çür xidmətlərin seçilməsinə təsir göstərən 13 seçənək  təklif olunub.  Sorğuya çəkilən istifadəçilər qeyd edirlər ki,  internetdə maliyyə məlumatlarına çıxış imkanı deyildə, bankın fiziki şöbəsinə çıxış rəqamsal ödəniş xidmətlərinin istifadəsinin əsas maneəsidir.

 

Son xəbərlər
Digər xəbərlər