Nəyə görə Bitcoin Cash-in dəyəri artır?

Bitcoin Cash rəqəmsal valyutası Bitcoin və Ethereum-dan sonra üçüncü ən böyük kriptovalyuta olub. Banker.az xəbər verir ki, ola bilsin, yeni aktivi sözügedən bu daha inkişaf etmiş şəbəkələr ilə müqayisə etmək hələ çox tezdir, lakin Bitcoin Cash tezliklə onların sırasına qoşula bilər.

Qeyd edək ki, Bitcoin rəqəmsal valyutası iki ayrı Blockchain-ə ayrıldıqdan sonra onların hər biri müstəqil satılan rəqəmsal aktivə sahib oldu. Lakin Bitcoin-in valyutası 4000 dollara qədər qalxdığı bir vaxtda, Bitcoin Cash 300 dollar diapazonunda ilişib qaldı. Bununla belə, yeni aktivin məzənnəsi keçən həftə 1 qəpiyə görə 807 dollara qədər qalxdı.

Ekspertlər bu artımı əsas olaraq iki səbəb ilə əlaqələndirir

Birincisi, bu birjalarda yeni hərrac həcmləri ilə bağlıdır. Əvvəllər yalnız bir neçə oyunçu Bitcoin Cash-in ticarət bacarığına inanırdı. Lakin indi gün keçdikdə daha çox kriptobirjalar bu aktivlər maraqlanmağa başlayır. Bununla belə, 3,3 milyard dollar həcmində olan sutkalıq hərrac həcminin 1,8 milyard dolları Cənubi Koreyanın Bithumb, Coinone və Korbit birjalarının payına düşür.

İkincisi isə, maynerlər tərəfindən yeni kriptovalyutaya maraq artıb. Gözləntilərə görə, bu həftə Bitcoin Cash mayninqinin çətinliyi 50% enəcək. Bunun ardınca cari qiymətlə Bitcoin Cash-i əldə etmək digər hər hansı rəqəmsal valyutanı almaqdan daha sərfəli olacaq.