23 C
Baku
Saturday, April 20, 2024

Nə daha vacibdir?

Bir gün yeni şagird müəllimindən soruşur:

—Müəllim, əgər alıcı sənin xoşuna gəlmirsə nə etmək lazımdır?

— Xoşuna gəlmirsə? — deyə müəllim eşitdiyi sualı təkrar etdi.

— Bəli, çünki elə olur ki, hər hansı bir insan öz xarici görünüşü, geyim tərzi, özünü aparmaq forması ilə sizdə  xoşagəlməz hisslər yarada bilər.

Müəllim deyir:

— Maraqlıdır,  bəs onun pulları var?

—Bəli… Yəqin ki… Daha doğrusu… Əlbəttə…. – deyə şagird tərəddüd etdi.

— Bəs heç olurmu ki pullar səndə xoşagəlməz hiss yaratsın?

— Pullar? — deyə şagird təəccübləndi. — Xeyr, pullar mənim çox xoşuma gəlir.

— Sən onları sevirsən? — müəllim dəqiqləşdirdi.

— Belə də demək olar, — deyə şagird öz sözlərinə qulaq asdı və dəqiqləşdirdi — Bəli, əlbəttə, çox sevirəm!

Bütün bunları eşidən müəllim deyir:

—  Onda hər dəfə qərar ver. Nə daha vacibdir: pulları sevməyin və yaxud müştərini sevməməyin.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər