21 C
Baku
Thursday, April 25, 2024

Nə üçün bitcoin-in qiyməti $9 000-dən aşağı düşdü? – BVF və Google günahkardır

Christine Lagarde bazara daha güclü nəzarətin vacibliyini elan etdikdən, şirkətin nümayəndələri isə 2018-ci ilin yayında rəqəmsal pul və ICO-nun reklamına qadağa qoyulacağını elan etdikdən sonra ilk kriptovalyuta yenidən ucuzlaşdı.

Çərşənbə günü, 15 mart tarixində Bitcoin kriptovalyutasının orta bazar dəyəri $9 000-dən aşağı düşdü. İndi (Bakı vaxtı ilə saat 14:30) BTC-in dəyəri $8,228.66-dır. Son bir neçə saat ərzində  rəqəmsal pulların ümumi kapitalizasiyası birdən 20 milyard dollar aşağı düşüb. Hazırda təxminən 356 milyard dollar təşkil edir. 25 ən böyük sikkənin yalnız üçü: Bitcoin Cash (1%), NEM (8%) və Binance Coin (25%) “yaşıl zonada” yerləşir. Digərlərinin qiyməti 4-7% aşağı düşüb.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde-nin təşkilatın rəsmi bloqunda, sikkələr cinayətkarlar tərəfindən pulların yuyulması və ya terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə oluna bilər, deyə yazdıqdan sonra bitcoin və altcoin-lərin çoxunun dəyəri aşağı düşməyə başladı. O, blockchain texnologiyasının köməyilə bu sahəyə daha güclü nəzarət etməyə çağırdı.

Christine Lagarde bildirir ki, “Bu (desentralizasiya – red.) kriptovalyuta ilə həyata keçirilən əməliyyatlara, çox zaman nağd pul əməliyyatlarında olduğu kimi, anonimlik imkanı verir. Nəticədə pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üçün yeni, potensial olaraq geniş miqyaslı bir mexanizm yaranır… Kriptovalyutaların əsaslandığı həmin bu yeniliklər həmçinin bizə onları tənzimlənməyə də kömək edə bilər. Başqa sözlə, biz yanğınla elə yanğının özü ilə mübarizə apara bilərik”.  

O əlavə edir ki, “rəqəmsal təhlükəsizliyi gücləndirmək və demək olar ki, real vaxt rejimində şübhəli əməliyyatları müəyyən etmək üçün” istifadəçilər haqqında müəyyən məlumatlar reyestri yaratmaq lazımdır. Lagarde dəfələrlə rəqəmsal pulların beynəlxalq nizamlanmasını tətbiq etməyin vacib olduğunu bildirib.

Həmçinin 14 mart səhər Google şirkəti rəsmi bloqunda bildirib ki, 2018-ci ilin iyun ayında “ICO, kriptovalyuta birjaları, kriptovalyuta cüzdanları və ticarət tövsiyələri daxil olmaqla, kriptovalyuta və bu məzmunda” reklamları qadağan edəcək. Şirkətin nümayəndələri əlavə edib ki, qadağan edilmiş məhsulların siyahısı tam deyil, zamanla siyahı genişlənə bilər.

Daha əvvəl Facebook və Instagram kimi məşhur sosial şəbəkələr rəqəmsal pulun reklamını və token-lərin ilkin yerləşdirilməsinə dair layihələrin yerləşdirilməsini dayandırıb. Facebook-un nümayəndəsi qeyd edir ki, bu cür elanlar şirkətin siyasətinə ziddir, çünki onlar etibarlı olmalı və insanların inamını qazanmalıdırlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər