22 C
Baku
Tuesday, April 23, 2024

Nə üçün dəbli brendlərə outlet lazımdır?

Belə bir fikir mövcuddur ki, elit retailer-lər outlet-ləri əşyaları adi qiymətə ala bilməyənlərə köhnə və məşhur olmayan malları satmaq üçün istifadə edirlər. Yeni araşdırma göstərir ki, hər şey bu qədər bəsit deyil.

Donald Nqve son 5 ildə ABŞ-da yüzlərlə mağaza və outlet-də dəbli geyimlərin satışı ilə bağlı məlumatları araşdırıb. O aydınlaşdırıb ki, mağaza və outlet müştərilərinin gəlirləri müqayisə oluna bilər: fərq ondadır ki, outlet-ə gələnlər dəbin arxasınca çox da qaçmır və pula qənaət etmək üçün həvəslə vaxtlarını yola sərf edirlər (outlet-lər, bir qayda olaraq, şəhərin mərkəzindən uzaqda yerləşirlər). Outlet-lər retailer-lərə yeni məhsullara daha çox pul sərf etməyə hazır olanları əyləndirməyə imkan verərək “şüurlu” müştəriləri cəlb edir; onlar həmçinin bazarda məhsul uğursuzluğu riskini azaldırlar. Nqve-nin hesablamalarına əsasən, outlet-lər yoxa çıxarsa, şirkətlərin gəliri 23% aşağı düşər, yeni məhsulların tətbiqi isə 16% azalar.

Image result for donald ngwe brands
Donald N.

Araşdırmaların nəticəsi retailer-lər üçün son dərəcə vacibdir: outlet-lərə pərakəndə mağazalarını sıradan çıxarmağa imkan verməyən məsafə amili istisna edilir. Nqve qeyd edir ki, – “Retail artıq həm dəbsevərlərin, həm də qənaətcillərin tələbatlarını yerinə yetirmək haqda düşünməlidir”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər