13 C
Baku
Friday, April 19, 2024

Nə üçün işqoliklik yeni normaya çevrilib və bu nə üçün təhlükəlidir?

İşqolikliyin arxasında hansı problemlərin dayandığını və əksinə görünsə belə, işqolik olmağın nə üçün məhsuldar olmadığını aydınlaşdıraq.  

İş vaxtından artıq işləmək və bununla belə, özümüzdən narazı qalmaq vərdişi bir tərəfdən, uzun müddət davam etdikdə tükənməyimizə səbəb olur, digər tərəfdən isə istirahətimizi planlaşdıra bilmirik. Bunun arxasında nəyin dayandığını aydınlaşdıraq.

Problem 1. İşqolik menecer səhvlərini düzəldir

Yaxşı kollektivdə insanlar kütləvi olaraq son güclərinə qədər işləmir və orada  mükəmməl işçi olmaq üçün dağıdıcı səylər müsbət qəbul edilmir. İşini sevmək və bütün boş vaxtını işə sərf etmək fərqli anlayışlardır.

İşqoliklik adətən qeyri-effektiv menecment və mənfi komanda işi nəticəsində yaranır. Məsələn, kollektivin hər bir üzvünün vəzifələrini şəffaf şəkildə təyin etmək əvəzinə, menecerlər sadə manipulyasiya və fəndlər vasitəsilə xoşagəlməz vəzifələri və kollektivin məsuliyyətini boynuna atacaq bir neçə məsuliyyətli işçi tapırlar.

Problem 2. İşqolik evin problemlərindən qaçır

“Və mən özümü işə verdim” və ya “bu dönəmdə işimi əsas prioritetə çevirdim” kimi ifadələri tez-tez eşidirik, onlar daxili maraq və münasibətlərin karyera nailiyyətlərinə yönəldilməsini nəzərdə tutur. Əlbəttə ki, heç bir karyera vaxt sərmayəsi qoyulmadan və güclü bir sıçrayış olmadan inkişaf edə bilməz, lakin iş və ev arasında uzunmüddətli disbalans, işin də artıq prioritet olmadığını göstərir, insan sadəcə yaranmış müəyyən münasibətlərdən gizlənmək üçün özünü işə verir.

Problem 3. İşqolik sosial izolyasiyadan qaçır

Həmkarlar ilə görüşlər, danışıqlar və yazışmalar, xüsusilə sosial şəbəkə, virtual kommunikasiya və kollektiv çatlar vasitəsilə daimi ünsiyyət güclü sosial inteqrasiya illüziyasını yaradır. Lakin bu, kədərli həqiqəti gizlədir: iş və onun vasitəsilə toplanan sosial əhatədən başqa həyatınızda heç nə yoxdur. Bir çox insan üçün onların kollektivi ikinci və ya hətta birinci ailəyə çevrilir.

Problem 4. İşqolik iş ilə özünə veridiyi qiyməti qaldırır

Daxili perfektsionist ilə mübahisə işqolik reallığının daimi bir hissəsidir.

Daim iş vaxtından çox işləmə, günü əsəbi zənglər, poçtu yoxlama ilə başlamaq və bitirmək, tez-tez və səmərəsiz görüşlər, prokrastinasiya (təxirə salma) və ya bir neçə nəfərin işini öz üzərinə götürmək vərdişi yalnız bir tərəfdən menecer tərəfindən normalaşdırılmamış prosesdir. Digər tərəfdən isə həmişə özünə və başqalarına   a) əvəzedilməz, b) ixtisaslı, c) faydalı, d) motivasiyalı və e) məsuliyyətli olduğunu sübut etməyə can atan çalışqan işçi tələb olunur. İşqolik perfektsionizminin səbəbləri valideynlərin “dərslərini etməmiş, oynamağa getməyəcəksən” tərbiyə yanaşmasından başlayaraq, ambisiya və başqalarının həyatına təsir etmək istəyinə qədər çox müxtəlif ola bilər.

Problem 5. İşqolik seçim etmək və qərar vermək istəmir

İşqolizm adətən bizim seçim etmə, prioritetləri müəyyən etmə və iş alətlərini (texnologiyalar, görüş və iş vaxtını) bir neçə, bəzən bir-birinə zidd olan müxtəlif tapşırıqlara uyğunlaşdırmaq bacarığımızın olmamasını əks etdirir.

İş həddindən artıq çoxdur – həmişə müxtəlif cəbhələrdə çoxlu öhdəliklər deməkdir, bundan başqa, “yox” deyə bilməmək, maraqları təyin edə bilməmək və bu anda məhz sizün üçün nəyin vacib olduğunu müəyyən edə bilməməkdir.

İlk və vacib addımlar

İşdən asılılığın azaldılması üçün bir neçə sadə addım əsasən tükənməkdən azad olmaq  üçün məsləhətlər ilə üst-üstə düşür.

Birincisi, iş vaxtı və qeyri-iş vaxtının sərhədləri dəqiq müəyyən olunmalıdır. Boş vaxtınızı iş vaxtından fərqli şəkildə qurmaq faydalıdır. İşiniz fəal görüşlər, daimi ünsiyyətlə bağlıdırsa, istirahət günlərinizi meditativ fəaliyyət, təbiət qoynunda vaxt keçirmə, yalnız yaxınlarınızla ünsiyyət ilə kompensasiya edə bilərsiniz. İşiniz oturaqdırsa, istirahət günləri fəal istirahət üçün əhval-ruhiyyə yaradın.

İkincisi, heç nə etməməkdən həzz almağı öyrənmək çox faydalıdır.

Üçüncüsü, başqalarından iş ilə bağlı olmayan istedadlarınız haqqında öyrənməyə çalışın. Bu bacarıqlar özünüzə əminliyinizi möhkəmləndirə bilər, həmçinin diqqət yetirmədiyiniz bilik və bacarıqlarınızı və onları harada tətbiq edə biləcəyinizi kəşf edə bilərsizin.  

Əlbəttə ki, uzunmüddətli karyera böhranı zamanı, kouçinq və psixoterapiya doğru istiqamətdə bir addımdır.

 

Son xəbərlər
Digər xəbərlər