16 C
Baku
Thursday, March 28, 2024

Nəyə görə daim işlə yüklənmiş oluruq və bununla nə etmək olar?

Bəzən nahar fasiləmizi qurban verib dayanmadan işləyirik, lakin yenə də bütün tapşırıqları icra etməyi çatdırmırıq. İşlərinizi qaydaya salmaq və bir daha belə bir vəziyyətə düşməmək üçün aşağıdakı məsləhətlərdən yararlanın.

Buna səbəb nədir?

Bəzən hər hansı bir işin icrasına nə qədər zamanımızın sərf ediləcəyini düzgün təyin etmirik. Adətən öz bacarıqlarımızı həddindən artıq yüksək qiymətləndiririk. Bundan əlavə, “bəli” deməyi sevirik. Kiminsə planına uyğun hərəkət etməyə razılıq verdikdə bu insan ilə əlaqə yaradırıq və yaxud artıq varsa daha da möhkəmləndiririk.

Zamanı geri çəkmək və “bəli” əvəzinə “xeyr” demək alınmayacaq. Bəs yığılıb qalmış işlərin öhdəsindən necə gəlmək olar?

Nə etməli?

  1. Tapşırıq siyahınıza yenidən nəzər salın

Ən təcili tapşırıqları seçin. Siyahıda olan yerinə yetirilməli tapşırıqlardan hansını həqiqətən də bu gün mütləq yerinə yetirməli olduğunuzu, hansını isə təxirə sala biləcəyinizi ayırd edin.

Beynimiz əsl vacib məsələ ilə çox da böyük əhəmiyyət daşımayan xırda tapşırığı bir-biri ilə səhv salmağa meyillidir. Bu cür vacib olmayan işlərə ilişib qalmaqla, bütün diqqət və enerjinizi boş yerə tükətmiş olursunuz. Bunun əvəzində, bu enerjini daha vacib tapşırıqların həyata keçirilməsinə yönləndirə bilərdiniz.

  1. Öhdəliklərinizi paylaşın

Ola bilsin ki, tapşırıqlarınızdan birini həyata keçirə biləcək tabeliyinizdə olan bir əməkdaşa sahibsiniz. Və yaxud gələcəkdə oxşar bir hadisədə ona yardım edəcəyinizi vəd edərək kolleqanızdan kömək istəyə bilərsiniz. Əsas olan, işin icra edilməsi üçün mütləq olan informasiyanın həmin şəxsə ötürülməsini unutmamaqdır.

Əgər tək işləyirsinizsə, fəaliyyətinizi hər hansı bir şəkildə avtomatlaşdırmağın mümkün olub, olmadığı barədə düşünün. Adətən avtomatlaşdırma çox vaxt tələb edən təkrar olunan tapşırıqlar üçün yarayır. Məsələn, məktublardan fayl və tətbiqləri avtomatik olaraq Google Drive-da saxlamaq və yaxud sosial şəbəkələrdə paylaşımları əvvəlcədən planlaşdırmaq olar.

3. Son tarixi ərtələyin

Əlbəttə, siz məhz bundan qaçmaq istəyirdiniz. Lakin, siyahınızı maksimum şəkildə qısaltdıqdan və öz bacarıqlarınızı düzgün qiymətləndirdikdən sonra, hansı müddət ərzində irəliləyə biləcəyinizi etiraf etmək zamanıdır. Əsas olan bunu mümkün qədər tez etməkdir.

Başlanğıc üçün, hər bir işə nə qədər zaman sərf etdiyinizi izləməyə çalışmaqdır. Bununla öz bacarıqlarınızı həddindən artıq optimist şəkildə qiymətləndirmək vərdişindən xilas olacaqsınız və zamanı düzgün təyin edə biləcəksiniz.

 

Son xəbərlər
Digər xəbərlər