16 C
Baku
Friday, April 19, 2024

Nəyə görə gələcəyimiz kitab oxumaqdan asılıdır?

Əgər sizin də ətrafınızda nəyə görə bədii ədəbiyyat oxuduğunuzu sual verən dostlarınız varsa onlara bu məqaləni oxumağı məsləhət görün.

Savadlı insanlar bədii ədəbiyyat oxuyurlar. Bədii ədəbiyyatın iki təyinatı var. Birincisi o sizə kitab oxumaq vərdişini aşılayır. Daha sonra nələr olacaq deyə həvəslə vərəqləri çevirməklə bir də baxacaqsınız ki, artıq kitabın son vərəqindəsiniz. Bu sizi yeni sözlər öyrənməyə, başqa cür düşünməyə, irəli hərəkət etməyə məcbur edir. Kitab oxumaq özlüyündə bir əyləncədir. Bunu bir dəfə başa düşməklə özünüzdə mütəmadi kitab oxumaq vərdişini yarada bilərsiniz.

Uşaqlarınızı savadlı şəkildə böyütməyinizin ən sadə və zəmanətli üsulu onlara kitab oxumağın ən gözəl əyləncə olduğunu öyrətməkdir. İlk olaraq onların xoşuna gələcək kitabı tapmaq və onlara bu kitabı oxumaq şansı yaratmaqdır.

122

Bədii ədəbiyyatın qazandırdığı üstünlüklərdən biri də insanlarda şəfqət hissinin yaradılmasıdır. Hər hansı bir filmə və yaxud verilişə baxdıqda digər insanların başına gələn hadisələrə diqqət yetirməyə başlayırsınız. Tezliklə heç vaxt təsəvvürünüzün belə olmadığı yerlərə səyahət etməyə, heç vaxt hiss etmədiyiniz hissləri yaşamağa başlayırsınız. Bədii ədəbiyyatla siz xarici dünyanın məhz özünüz olduğunuzün fərqinə varacaqsınız. Zamanla artıq başqa bir insana çevriləcəksiniz və dünyaya yeni dəyişikliklər qatmağa başlayacaqsınız.

Kitabxana – azadlıqdır, oxumaq azadlığı, ünsiyyət azadlığı. Bu təhsil, istirahət, cahillikdən sığınacaq və yeni bir dünyaya qapıdır.

Son xəbərlər
Digər xəbərlər