15 C
Baku
Friday, March 29, 2024

Nəyə görə hələ də varlı deyilsiniz?

1. Özünüzü əmin etmisiniz ki, pullar vacib deyil.

Çox təəssüf ki, insanlar “pullar həyatın vacib bir hissəsi deyil” yalanına inanırlar. Bu onların maliyyə resurslarının kifayət qədər olmamasına gətirilən bir bəhanədir. Əgər sizə çox pulun lazım olmadığını düşünürsünüzsə, onda sizin çox pulunuz olmayacaq. Siz pullara yüksək prioritetli bir predmet kimi yanaşmalısınız, çünki onun sayəsində yediyiniz qidanı, geyindiyiniz paltarı, sürdüyünüz maşını, yaşadığınız evi, ali təhsili, tibbi xidməti və s. əldə edirsiniz.

Pullar sizə həyatda həqiqətən istədiyiniz şeyləri əldə etmək üçün vacib resursdur.

2. Varlı olmağa layiq olmadığınızı düşünürsüz.

Belə insanlar hər zaman belə bir fikirdə olurlar ki, zəngin olmaq “başqalarının” haqqıdır. Bu ideallar onlarda xoş niyyətli valideynlərinin, yaxşı dini köklərin və informasiya vasitələrinin təsirindən yaranır. Lakin bizim hamımızın eyni hüquqları var və bizim hamımızın həyatımızda həqiqətən istədiyimiz şeyləri əldə etmək haqqımız var. Əgər siz yox, bəs onda kim? Nəyə görə başqaları sizdən üstün olmalıdır?

3. Nə istədiyinizi bilmirsiniz.

Məhz nə əldə etmək istədiyinizi bilmədikdə onu əldə etmək də çox çətindir. İdeal həyatınızda sizə nə lazım olduğuna əvvəlcədən qərar verməlisiniz. Bu ola bilsin ki, evdə gördüyünüz iş olsun, istərsə də ildə 6 dəfə istirahət, nə istədiyinizi açıq-aşkar müəyyən edin.

4. Bizim biznes yaratmaq, idarə etmək və onu qorumaq planlarımız yoxdur.

Nail olmaq istədiyiniz bir maliyyə məqsədi yarandıqda dərhal onu reallaşdırmaq üçün yollar axtarıb tapmalısınız. Həmçinin büdcəyə də nəzarət etməlisiniz.

Bununla yanaşı, öz qabiliyyətlərinizə əsaslanan tamamlayıcı gəlir üçün planlar işləyib hazırlamaq lazımdır.

5. Nə etməli olduğunuzu bilmirsiniz.

Yalnız həvəsinizin olduğu və sizi cəlb edən işlə məşğul olun. Niyə? Çünki gün ərzində bir işi sevərək gördükdə zamana, yorğunluğa fikir vermirsiniz və bununla da öz işinizdə ən yaxşıya çevrilirsiniz. Həqiqətən sevdiyiniz bir işlə məşğul olduqda və bunun üçün əlinizdən gələni etdikdə, sizə heç bir rəqib tab gətirə bilmir.

Son xəbərlər
Digər xəbərlər