16 C
Baku
Saturday, April 20, 2024

Nəyə görə işəgötürən məhz sizi seçməlidir

İstənilən namizədin nöqteyi-nəzərindən yanaşdıqda arzulanan vəzifəni digər namizədlər deyil məhz o, əldə etməlidir. Bütün işəgötürənlər də özlərinə bu sualı verir, niyə onlar işə məhz sizi götürməlidir? Bu suala cavab verməyə hazır olun.

“Nəyə görə biz məhz sizi seçməliyik?” –hər müsahibədə olmasa da, əksər iş görüşmələrində bu sualı eşitmək mümkündür. Bu, ən çətin suallardan biridir, bəzilərini o qıcıqlandırır, digərlərini isə dalana dirəyir. Bəs özünü necə düzgün aparmalı və bu suala necə düzgün cavab verməli?

İlk növbədə həmişə təmkinli olmaq və soyuqqanlı davranmaq lazımdır, təşvişə düşmək olmaz. Siz daxilən bu suala hazır olmalı və onu iş müsahibəsinin labüd bir atributu kimi qəbul etməlisiniz. Təəssüflər olsun ki, bu sual üçün universal cavab mövcud deyil, çünki hər bir namizəd və hər bir kompaniya və eləcə də hər bir vəzifə özlüyündə unikal və təkrarolunmazdır. İşəgötürən üçün ən vacib odur ki, o bütün mümkün namizədlər içərisindən ən yaxşısını seçsin.

Sizin məqsədiniz isə odur ki, ən yaxşının məhz siz olduğuna onu inandıra biləsiniz. Məhz həmin kompaniya və həmin konkret vəzifə üçün əhəmiyyət daşıyan nüansların üzərinə getməyinizi, əsas vurğunu onlara salmağınızı tövsiyə edə bilərik. Sübut edin ki, sizin professional səriştə və təcrübəniz sizə gələcək tapşırıqları həll etmək imkanını verir. Bundan ötrü siz kompaniyanın fəaliyyət göstərdiyi biznes sahəsinə həddindən artıq yaxşı bələd olmalısınız. Həmçinin kompaniyanın son zamanlar həyata keçirdiyi layihəni, onun məqsəd və bundan ötrü istifadə olunan vəsaitləri öyrənməlisiniz.

Mütləq intervüyə qədər kompaniya haqqında daha çox öyrənin. Adətən bu sualı müsahibənin sonuna yaxın verirlər, buna görə də, əgər siz kompaniya haqqında lazımı qədər informasiya tapa bilməmisinizs müsahibənin sonunacan intervünü götürən ilə bəzi məqamları dəqiqləşdirmək imkanınız olacaq və bu da sizə suallara düzgün cavab verməyə kömək edəcək.

İşəgötürən nə eşitmək istəyir?

Müxtəlif rekruterlər, işəgötürənlər və ya kompaniyanın müəyyən şöbələrinin rəhbərli sizin cavaba fərqli şəkildə reaksiya verə bilər. Amma onların hər biri ki başlıca motivi özünə rəhbər tutur: sadəcə formal olaraq (yəni ənənəvi verilən sual kimi), ya da sizi niyyət və peşəkarlıq səviyyənizə əmin olmaq üçün. Birinci halda müsahibə götürən üçün sizin qabiliyyətlərinizin bu işi görməyə kifayət etməsi, sizin irəli sürülən tələbələrə cavab verməyiniz, əməkhaqqının sizi qane etdiyi və sizin öz öhdəliklərinizi yerinə yetirməyə hazır olduğunuzu eşitmək yetərli olur.

Ikinci halda isə işəgötürən gözləyir ki, siz rəqiblər ilə müqayisədə sizə konkret üstünlük qazandıracaq xüsusiyyətləri qeyd edəsiniz, sübut edəsiniz ki, siz işin spesifikasını və öz bacarıqlarınızı məhz necə tətbiq etməyi, ən əsası isə məhz kompaniya üçün nə etməli olduğunuzu dəqiq bilirsiniz.
İşəgötürənlər istəyir ki, siz az da olsa özünü təqdim edəsiniz (özünü təqdimat həyata keçirmək). Bu zaman siz özünüz, öz nailiyyətləriniz haqqında danışacaq, kompaniyanın məqsədlərini və onlara çatma yollarını başa düşdüyünüzü sübut edəcəksiniz. Bu həmdə namizədin özünüqiymətləndirməsi haqqında bilik əldə etməyin çox yaxşı üsuludur.

Bəs əgər bu suala nə cavab verəcəyinizi bilmirsinizsə?

Əgər bu işi əldə etməyi çox istəyirsinizsə, amma tələbələrə uyğun olmadığınızı dərk edirsinizsə, ən başlıcası təşvişə düşməyin, nə də təslim olmayın. Sizin namizədliyinin artıq işəgötürənin marağını cəzb edib, əksə təqdirdə o sizi müsahibəyə dəvət etməzdi. İlk növbədə öz keyfiyyətləriniz, müsbət cəhətləriniz haqqında danışın, “yox” və ya digər “inkar” hissəcikləri olan cümlələrdən uzaq olmağa çalışın. Bir sıra işəgötürənlər yaxşı bilir ki, işləmək istəyənlər, işləməyi bacaranlardan bəzən daha yaxşı işləyir.

Son xəbərlər
Digər xəbərlər