22 C
Baku
Friday, April 19, 2024

Nəyə görə pulsuz kredit yoxdur?

Ola bilsin ki, bütün bankların əsas prinsipi ondan ibarətdir ki, bütün kreditlər pullu olmalıdır. Kimin, necə kredit ödədiyi vacib deyil, lakin heç kim sizə pulsuz kredit verməyəcək. Üstəlik də, bu qeyri-qanuni hesab olunacaq. Kredit daim sizə əlavə pullara başa gələcək. Hətta krediti bir gün sonra, elə həmin gün geri qaytarsanız belə, artıq əlavə pul ödəməli olacaqsınız. Kredit müqaviləsi imzaladıqdan sonra krediti faizsiz olaraq geri qaytara bilərsiniz. Lakin bu yalnız pulları hələ əldə etmədiyiniz təqdirdə baş verə bilər. Faizsiz kredit təklifi yalnızca kimsə başqa bir şəxsin sizin əvəzinizə faiz ödəyəcəyi halda effektivdir.

Məsələn, məişət texnikası satan nəhəng bir mağaza sizə illik 0%-lə kredit təklif edirsə, bu o deməkdir ki, real faiz dərəcəsini banka satıcının özü təqdim edir. Daha doğrusu, bank sizə faizsiz kredit verməyəcək, onu faizsiz edən mağazadır. Bu faizsiz kredit isə yalnız 1 ay üçün aktual olacaq, ya da faiz dərəcəsi əvəzinə əlavə komissiyalara görə pul ödəməli olacaqsınız.

Faizin hesablanması zamanı isə iki variany mövcud ola bilər. Birinci variant – bankın borcun qalığına görə hesabladığı faizlərdir. Belə alınır ki, əvvəldə edilən ödənişlər ən iri həcmli ödənişlər olur. Daha sonradan isə, borclar ödəndiyi təqdirdə faiz üzrə ödənişlər də azalmağa başlayacaq. Beləliklə, krediti tez bir zamanda geri qaytarmaqla faiz dərəcələrində qənaət edə bilrəsiniz. Lakin bu ödənişlərin əvvəlində baş verərsə bir məna kəsb edər.

İkinci variant – annuitet prinsipi əsasında hesablamadır. Burada hər şey bir qədər çətindir. Kredit üzrə aylıq ödəniş borcdan asılı olmayacaq. Hər ay siz kredit üzrə ümumi faiz dərəcəsini və üstəlik ondan istifadə haqqını ödəməlisiniz. Burada da krediti tez bir zamanda ödəyə bilərsiniz. Lakin bunun bir o qədər də çox əhəmiyyəti olmayacaq. Borcalan bütün faiz dərəcələrini tam olaraq ödəməli olacaq.

Son xəbərlər
Digər xəbərlər