26 C
Baku
Saturday, April 20, 2024

Nəyə görə qızıl almaq lazımdır?

Hazırda qızıl qiymətləri artım nümayiş etdirir. Qiymətli metalın unsiyasının bu il 1600 dollara və ondan daha yüksəyə qədər bahalaşacağı mümkündür.

Aktiv olaraq qızılın qiymətini proqnoz etmək çətindir. Məsələ ondadır ki, fiziki metala olan tələb və təklif heç də həmişə kotirovkalarda əks olunmur. Bu ilk növbədə onunla əlaqədardır ki, qızıl fyuçersləri mahiyyət etibarilə kağız bazarıdır və qiyməti spekulyantlar təyin edir. 
Buna baxmayaraq, texniki analizin köməkliyi ilə qızıl bazarı üzrə proqnozlar vermək mümkündür.

Uzunmüddətli qrafikdən aydın olur ki, aşağı səviyyə trendini qıraraq yüksəkdə qərarlaşa bilib.

Bundan əlavə, son 5 il ərzində USD/JPY cütü və qızıl qiymətləri arasında əks korrelyasiya müşahidə edilirdi. Və bu korrelyasiya artdı və bir zaman rekord səviyyəyə çatdı. Başqa sözlə desək, USD/JPY cütünün artımı müşahidə edildikdə, qızıl enirdi, və əksinə.

Uzun qrafikdə həmçinin üfuqi səviyyəni də görmək mümkündür ki, 2011-ci ildə gözlənilməz artım məhz buradan başladı. Son illər kotirovkalar elə buradan aşağı enməyə başladı.

Aydındır ki, 1350 dollar səviyyəsi fəth edilsə qiymətlərin əhəmiyyətli dərəcədə artımını müşahidə edəcəyik.

Bundan əlavə, sözügedən ssenari baş verdiyi halda, böyük ehtimalla əsasən də, palladium və platin olmaqla, digər qiymətli metalların da artımını müşahidə edəcəyik.

Hazırda spekulyantlar fəal olaraq artıma oynayırlar. Hedge fondlar platin fyuçersləri faizlərini 4 aylıq maksimuma yüksəldiblər.


Qeyd etmək lazımdır ki, platinin qiyməti zəif dollar sayəsində artır, lakin valyuta bazarında trend dəyişə və metal bazarına təsir edə bilər.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər