4 C
Baku
Friday, March 29, 2024

Nəyə görə qızıl bu qədər bahalıdır?

Qızıl bəşəriyyət tarixi boyunca ən bahalı metal hesab edilib. Ola bilsin ki, qızıl insanın tanış olduğu ilk metal olub. Bunun səbəblərindən biri kimi qızılın təbiətdən saf halda tapılmasıdır. Daha sadə dillə desək, qızıla təbiətdə digər metal və mineral qarışığı olmadan kiçik qırıntılar halında rast gəlmək olar. Qızıl sarı çalara sahib olduğundan qədim zamanlarda zinət əşyalarının hazırlanmasında istifadə olunub.

İnsanlar qızılın asanlıqla emal edildiyini öyrəndikdə qızılın dəyəri artmağa başlayır. Hətta qədim insanlar belə bu qiymətli metalı əridərək istədikləri formaya sala bilirdilər. Məsələn, qədimdə qızıldan xüsusi saç sancaqları hazırlanırdı. Daha sonradan isə bundan nümunə götürərək taclar hazırlanmağa başlayır.

Dünyada qızıl ehtiyatları son dərəcədə məhdud səviyyədədir. Qızıl ehtiyatına sahib olmayan insanlar zamanla öz məhsullarını qızıla mübadilə etməyi təklif edirlər. Beləliklə, qızıl mübadilə vasitəsinə çevrilir. Bu zaman mübadilə məqsədilə istifadə edilən digər əşyalar tez yararsız hala düşdüyü halda, qızılı ömürlük saxlamaq mümkün idi.

Bir neçə yüz ildən sonra qızıldan pul hazırlanmağa başlanılır və bu pullarla qızılın özünün dəyəri və əhəmiyyəti ölçülür.  Daha sonradan bankirlər qızılı seyflərdə saxlamağa başlayır və onlar qızıl krediti qarşılığında girov sənədlər tələb edirdilər. Bu təcrübədən nümunə götürən hökumət orqanları sadəcə sənəd hesab edilən valyuta və yaxud pullar buraxmağa başlayır. Yeri gəlmişkən, dünyada əldə edilən qızılın yarısı ABŞ-ın maliyyə nazirliyinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər