22 C
Baku
Friday, April 26, 2024

Nəyə görə qohumlarla işləmək məsləhət görülmür?

Öz qohumlarınız ilə əməkdaş olmadan əvvəl nələri düşünmək lazımdır? Heç də bütün yaxın qohumlar dəyərli əməkdaş olmurlar. Qohumunuzu işdə “qanadınızın altına almağınızdan” və yaxud özünüzün kiminsə himayəsi altında olmağınızdan asılı olmayaraq bir sıra çətinliklərlə üzləşə bilərsiniz.

Əməkdaşlarla ünsiyyətin məhdudlaşdırılması:

Heç də bütün əməkdaşlarınız qohumunuz haqqında həqiqətən düşündükləriniz dilə gətirməyəcəklər. Kolleqalarınız sizinlə müdriyyət haqqında rahatlıqla “qeybət” edə bildiyi halda, heç də hər kəs çox da bacarıqlı olmayan qohumunuz haqqında sizinlə müzakirə aparmayacaq. Bu isə kollektiv daxilində ümumi mühitin korlanmasına səbəb olacaq.

Artırılmış və ya azaldılmış tapşırıqlar:

İş yoldaşlarınızın qohumunuz olan əməkdaşa seçiciliklə yanaşdığınızı zənn etməsinlər deyə ona daha çox tapşırıq həvalə etmək olar. Elə deyilmi? Kolleqalarınız şübhəsiz bu addımınızı dəyərləndirəcək. Bəs qohumunuz bunu necə qəbul edəcək?!

Qohumunuzun bütün qərarlarını avtomatik olaraq qəbul etmək:

Heç də hər kəs qohum əməkdaşının bir qədər qaranlıq və şübhəli qərarına qarşı çıxmaq cəsarətini göstərə bilmir. Son nəticədə isə az faydalı fəaliyyətə öz resurslarınızı xərcləmiş olacaqsınız.

Qeyri-obyektiv professional qiymətləndirmə:

Qohum şəxsə vəzifə verildikdə adətən onun professional keyfiyyətləri nəzərə alınmır. Bu zaman belə düşünürük ki, bu bizə yaxın olan insandır, deməli avtomatik olaraq yaxşı insanlar cərgəsindədir. Sizin üçün çətin görünməyən iş, onun üçün altından çıxa bilməyəcəyi yük ola bilər. Bu zaman unutmayın ki, qohumunuzun fəaliyyətinə görə də məsuliyyəti siz daşıyırsınız.

Maliyyə təhlükəsizliyi yastığının olmaması:

Şirkət maliyyə cəhətdən böhran ilə üzləşdikdə avtomatik olaraq orada çalışan qohumlarınız da gəlir mənbəyini itirir. Bütün bu xoşagəlməz vəziyyət sizin ailəvi görüşlərinizin əsas mövzusuna çevrilir və sizi çıxılmaz yola sürükləyir. Bundan əlavə, qohumlarınızla eyni maliyyə çətinliyini yaşadığınızdan onlardan yardım istəmək şansından da məhrum olursunuz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər