13 C
Baku
Friday, April 19, 2024

Nəyi kreditə götürmək olmaz

Bir çox borcalanlar kredit vasitəsilə hesablaşırlar, daha sonra isə bu tələsik hərəkətə görə heyfslənirlər. Hansı alış-verişləri kreditlə etmək məqsədəuyğundur? Şəxsi maliyyə üzrə məşhur amerikan mütəxəssisi Erik Tayson kreditə alına biləcək məhsulların iki əsas qrupunu müəyyən etdi: istehlak və investisiya.

Istehlak məhsullarını nağd pul vəsaitləri ilə əldə etmək daha məqsədəuyğundur. Bu, xüsusilə imic (bəzək əşyaları, geyim, bahalı elektronika) məhsullarına aid olur.

Onların dəyəri sürətlə aşağı düşsə də, kredit haqlarını ödəmək məcburiyyətindəsən. Kreditin alınması üçün onlayn ərizə kreditləşmə prosesini əhəmiyyətli dərəcədə sadələşdirsə də, hər istehlakı da (məzuniyyət, gündəlik tələbatlar və s.) kreditə götürmək məsləhət görülmür. Güzəşt müddəti daxilində vəsaiti qaytarmaq iqtidarında deyilsinizsə, onda kredit kartlarından pul çəkməyə də dəyməz.

Investisiya məhsulları gələcəkdə də öz dəyərlərini itirmirlər və mülkiyyətçiyə əlavə gəlir də gətirə bilirlər. Onlara daşınmaz əmlak və avtomobil aiddir. Əgər verilmiş qrupu geniş formada nəzərdən keçirsək, onda bura təhsil və ya şəxsi biznesi, eləcə də gündəlik həyatda onsuz keçinmək mümkün olmayan ev texnikasını (məsələn, soyuducu) aid etmək olar.

Əgər kreditə aldığınız məhsulun zəruriliyi ilə bağlı qərarsızsınız və ya bu alış-verişə imkanınızın çatmamasından şübhələnirsinizsə, onda aşağıdakı proseduraları həyata keçirməyə çalışın:

1. Kredit müddəti ərzində lazım olan məbləği yığa bilmək imkanına sahib olub-olmadığınızı qiymətləndirin. Əgər büdcədə əhəmiyyətli məhdudiyyətlər gözlənilmirsə, ondan siz bu alış-verişi həyata keçirə bilərsiniz. Əgər yığımlar xərclərin hiss olunacaq dərəcədə azalmasına səbəb olacaqsa, kredit götürməyə dəyməz, çünki onları ödəmək sizə çox çətin olacaq.

2. Pul yığmağa başlayın. Sərbəst pul vəsaitlərini yığaraq onu məqsədəuyğun şəkildə istifadə edə bilərsiniz. Əgər kredit götürmək istəsəniz, ona bu məbləği ilkin ödəniş kimi istifadə edə bilərsiniz. Uyğun olaraq kreditin məbləği və faizi də azalacaq.

3. Mütəxəssislər iddia edirlər ki, insan əgər pul yığa bilmirsə, onda o, müntəzəm olaraq kredit öhdəliyini yerinə yetirə bilməyəcək. Kreditdən uğurlu istifadə şəxsi maliyyə vəsaitlərinin idarə olunmasından birbaşa asılıdır. Əsaslı surətdə təhlil edin ki, bu alış-verişə nə dərəcədə ehtiyacınızın var və yalnız onda kredit götürmək haqqında qərar qəbul edin.

Son xəbərlər
Digər xəbərlər