Nağd pullar hələ də ən təhlükəsiz ödəniş vasitəsi hesab olunur

Elektron, mobil və təmassız ödənişlərin gün keçdikcə daha da artmasına baxmayaraq, fiziki valyuta istehlakçıların ödəniş zamanı üstünlük verdiyi vasitə olaraq qalır.

Banker.az xəbər verir ki, bu nəticəyə pul texnologiyaları üçün həll yolları sahəsində dünya lideri GLORY-nin araşdırmasına əsasən gəlinib. Sorğuda ABŞ, Böyük Britaniya və Avstraliyadan olan 1500 istehlakçı iştirak edib.

Belə məlum olub ki, istehlakçıların 48%-i əvvəlki kimi gündəlik olaraq nağd vəsaitlərdən istifadə edir. Bununla yanaşı, 16 yaşından 44 yaşına qədər olan sorğu iştirakçıları, 45 yaşından daha çox olan şəxslərdən (42%-ə qarşı 45%)  daha çox hallarda nağd vəsaitlərdən istifadə edir.

Maraqlıdır ki, amerikalı istehlakçıların 84%-i əvvəllər olduğu kimi digər ödəniş üsullarına deyil, məhz nağd pullarla ödənişə üstünlük verir. Bundan əlavə, istehlakçıların 63%-i əmindir ki, fiziki pullar ən təhlükəsz ödəniş vasitəsidir.

Rahatlıq istehlakçılar tərəfindən ödəniş üsulunun seçilməsi zaman açar mövqeli rola malikdir. Sorğu iştirakçılarının 87%-i bildirib ki, bütün tranzaksiyalarda nağd pullardan istifadə etməyi istəyərdilər.