14 C
Baku
Thursday, April 25, 2024

Nağdsız ödənişləri necə sürətləndirmək olar? – Bank mütəxəssisi

Bir çox xarici ölkə banklarında valyutanın nağdlaşdırılma faizi artırılır. Hazırda bizdə valyuta nağdlaşdırılmasına 1-2 faiz tətbiq olunursa, digər ölkələrdə bu, 5-6 faiz təşkil edir. Belə olan halda həmin ölkələrin vətəndaşları nağdsız ödənişlərə üstünlük verirlər.

Bu sözləri mənbəyə nağdsız ödənişlərin inkişafını ləngidən amillərdən danışan bank mütəxəssisi Sənan Həsənov deyib. O bildirib ki, nağdsız ödənişlərin inkişafını sürətləndirmək üçün insanları bunun faydaları barədə məlumatlandırmaq və sistemə müxtəlif əlavələr etmək lazımdır:

“Bu gün problem ondan ibarətdir ki, nağd və nağdsız ödənişlər arasında o qədər də böyük fərq yoxdur. Bu maneləri aşmaq üçün fərqləri formalaşdırmaq lazımdır. Belə olan halda nağdsız ödənişlər daha sürətli şəkildə inkişaf edəcək. Nağdsız ödənişlərin stimullaşdırılması çox vacibdir. Düzdür, bu gün mağazalarda nağdsız ödəmələr 0 faizlədir. Amma bundan əlavə həmin ödənişlər zamanı mağaza tərəfindən bonusların verilməsi də çox önəmlidir. Digər bir məsələ isə həmin ödəmələrin dövlət tərəfindən stimullaşdırılması amilidir. Nağdsız formada qəbul olunan ödəmələrdə hansısa bir endirimlər və ya vergi güzəştləri tətbiq etmək nağdsız ödənişlərin inkişafına təkan verə biləcək amillərdəndir. Bu da ticarət mənqələrini və iaşə obyektlərini maraqlandıracaq və onlar da alış-verişdə ödəmələrin nağdsız şəkildə aparılmasında mühüm rol oynayacaq. Belə addımlar atılarsa, nağdsız ödənişlər sürətlə inkişaf edəcək”.

Qeyd edək ki, Azərbaycanda nağdsız əməliyyatların bu ilin yanvar-avqust ayları ərzində ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% artıb. Belə ki, həmin dövr ərzində ATM və POS-terminallar vasitəsilə ümumilikdə 696 milyon manat həcmində əməliyyatlar həyata keçirilib.

MənbəAxar.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər