NASA Mars planetini ətraflı incələmək üçün “InSight” kosmik gəmi yola salındı – [foto]

NASA sign at entrance to the Kennedy Space Center Visitors Center.

Mars planeti hər zaman insanlığın marağında olmuşdur. NASA uzun illər Mars-ı incələmək üçün çalışmalar etmişdir. İndi isə bu çalışmalardan ən böyüyü olan və Mars haqqında ətraflıca məlumat alacaq olan InSight adlı kosmik gəmi NASA tərəfindən Mars-a doğru yollandı. Qeyd edək ki, NASA 2008-də Phoenix adlı bir gəmi daha göndərmişdi və bu gəmi Marsa yerləşərək bir çox məlumat əldə etməyimizə səbəb olmuşdu. İndi isə InSight adlı kosmik gəmi səthə yerləşən 2-ci gəmi olacaq.

NASA rəsmiləri deyir ki, InSight gəmisi insanlıq üçün yeni bir başlanğıcın təməlidir və Mars-da həyat şəraitlərinin olub-olmamasını tam öyrənməyə kömək edəcək.

2008-də göndərilən Phoenix gəmisindən 4 il sonra The Curiosity adlı bir gəmi daha göndərildi. Amma bu gəminin əsas vəzifəsi Mars-ın şəkillərini çəkmək idi. İndi göndərilən InSight gəmisi Mars-ın səthinə zəlzələləri və temperatur dəyişimini analiz etmək üçün 1 ədəd Seysmometr və Temperaturölçən cihaz yerləşdirəcək. InSight gəmisi 26 Noyabrda Mars-a çatacaq.

📝 RƏY BİLDİR