8 C
Baku
Friday, March 29, 2024

NASA-nı indi respublikaçı idarə edəcək – Yeni direktor təyin edildi

ABŞ Senatı respublikaçı konqresmen Cim Braydenstaynın NASA direktoru vəzifəsinə namizədliyini təsdiqləyib.

Bu barədə NASA-nın mətbuat xidməti məlumat yayıb.

“Məmnunam ki, mənə belə bir imkan yaradılıb və ABŞ prezidenti Donald Trampa, vitse-prezident Mayk Pensə göstərdikləri etimada görə təşəkkür edirəm. Mən kosmik fəzada ABŞ-ın liderliyi ilə prezidentin planlarını həyata keçirmək üçün NASA-nın böyük komandası ilə işləməyi səbirsizliklə gözləyirəm”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın “SpaceX” şirkəti kosmosa “Falcon 9” raket daşıyıcısını göndərib. “Falcon 9” planet üçün faydalı olan astronomik müşahidələr aparmaq üçün NASA-nın orbitini kosmosa çıxarmalıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər