24 C
Baku
Wednesday, June 26, 2024

Naxçıvanda özəlləşdirmə və icarədən daxilolmalar 5 dəfədən çox artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə və icarə hesabına dövlət büdcəsinə 868,5 min manat vəsait ödəyib.

Nazirlikdən  verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə çoxdur.

5 aylıq ödənişin 819,5 min manatı və yaxud 94,4 %-i özəlləşdirmədən daxilolmaların, 49 min manatı və yaxud 5,6 %-i isə icarədən daxilolmaların payına düşüb.

Hesabat dövründə bölgədə 55 icarə müqaviləsi bağlanılıb. Bunlardan 6-sı xidmət mərkəzi, 22-si qeyri-yaşayış sahəsi, 27-i isə torpaq sahələri üzrə olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər