24 C
Baku
Thursday, April 18, 2024

Nazir beş min manatı sahibinə qaytaran məktəblini mükafatlandırdı

Tapdığı beş min manatlıq pul kisəsini sahibinə qaytaran məktəbli təltif olunub.

Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov öz “Facebook” səhifəsində yayıb.

O bildirib ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasov bu örnək davranışına görə təhsil naziri Ceyhun Bayramov tərəfindən Təhsil Nazirliyinin “Təşəkkürnamə”si ilə təltif edib.

Qeyd edək ki, İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında beş min manat tapıb və sahibinə qaytarıb.

Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif olunan mükafatdan imtina etməsi olub.t

Son xəbərlər
Digər xəbərlər