12 C
Baku
Thursday, March 28, 2024

Nazir “JEK”-lərin tam özəlləşdirilməsini mümkün sayır

“Mənzil-Kommunal Sahələrinin tam özəlləşdirilməsi mümkündür”. “APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov millət vəkili Tahir Kərimlinin təklifinə münasibət bildirərkən deyib.
S. Şərifov hesab edir ki, büdcədən Mənzil-Kommunal Sahələrinə ayrılan xərclər o qədər də yüksək deyil: “Büdcədən bu sahəyə ayrılan vəsaitin böyük hissəsi, yəni 40%-i Mənzil-Kommunal Sahələrdə çalışanların əmək haqqının ödənilməsinə yönəlir. Digər tərəfdən, bu vəsaitdən yaşıllıqların salınması, tullantıların daşınması və s. istifadə olunur. Lakin bu sahəni özəlləşdirmək o demək deyil ki, hökumət bu xərclər üzrə qazanır. Həmin istismar xidmətlərin göstərilməsini hər hansı bir özəl şirkətlərə verilə bilər. Hər hansı bir küçənin süpürülməsi ilə bağlı bir şirkətlə müqavilə bağlanılsa, siz həmin şirkətə pul ödəməli olacaqsınız. Şəhərlərin, rayonların işıqlandırılması xərcləri, bütün bu xərclər həmin bu maddə üzrə maliyyələşdirilir. Ona görə də, mən hesab edirəm ki, bu xərclərin ixtisar edilməsi çətin olar”.

Son xəbərlər
Digər xəbərlər