8 C
Baku
Friday, March 29, 2024

“Nazir: “Lirə ilə fəaliyyət göstərməsi üçün əlimdən gələni edəcəm”

“Petkim Petrokimya Holding AŞ” fəaliyyətini lirəyə adaptasiya etməlidir. Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci bildirib.

“Hazırda “Petkim” fəaliyyətini dollar üzərindən həyata keçirir. Lakin sizi əmin etmək istəyirəm ki, holdinqin lirə ilə fəaliyyət göstərməsi üçün əlimdən gələni edəcəm. Nazirliyin müvafiq qərarı var. Qərara əsasən, azad zonalar ölkə xarici sayılır. Azad zonalardakı bütün fəaliyyətlər lirə ilə aparmalıyıq. Bunun üçün əlimizdən gələni edəcəyik”, – deyə nazir regional sahibkarlara müraciətində bildirib.

N.Zeybekci əlavə edib ki, bu il Türkiyədə iqtisadi artım gözlənilir: “İxracata söykənən bir artım olacaq. Bunun başqa formulu yoxdur”.

2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan “Petkim”də nəzarət-səhm paketinə malik olmaq üçün “SOCAR Türkiyə Enerji A.Ş.” vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə “SOCAR Türkiyə Enerji A.Ş.” “Petkim” obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod “Petkim”in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq./APA

Son xəbərlər
Digər xəbərlər