15 C
Baku
Saturday, April 20, 2024

Nazirdən əhaliyə çağırış – Banka inanmırsızsa, istiqrazlara inanın…

Maliyyə naziri Samir Şərifov bugünkü mətbuat konfransında istiqrazların faizindən də danışıb. 

“2015-ci manatın ucuzlaşması manata etimadı əhəmiyyətli dərəcədə azalıb. Manat kəskin şəkildə azalıb. Banklarda manat əldə etmək müşkül məsələdi. Banklar öz vəsaitlərini dollara çevirib saxlayıblar. Biz manata olan etimadı artırmaq üçün yüksək dərəcəli faizli istiqrazlar buraxacağıq. Lakin hökumətin təklif etdiyi faiz dərəcələri kommersiya banklarının faizlərindən az olmalıdır. Fevralın əvvəlində istiqrazların qoyuluşuna başlayacağıq”.

Daha sonra nazir istiqrazların xeyrindən danışıb:

“Əhalidə olan vəsaitlər iqtisadi dövriyyədən çıxarılıb və yastıq altında saxlanılır. Bu vəsaitlər gəlir gətirmir. Azərbaycan dövləti həmin vəsaitlərin gəlir gətirməsi üçün hazırdır. Əgər əhali indiki vəziyyətdə banklardan çəkinirlərsə, öz vəsaitlərini işlədib gəlir qazana bilmirlərsə, buyursunlar öz vəsaitlərini dövlət istiqrazlarına yatırsınlar. Xarici valyutada da istiqrazlar buraxılacaq, onların faiz dərəcəsi 3 faiz və ya daha az olacaq. Istiqrazların buraxılması dövriyyədən çıxarılan pulların geri qaytarılması məqsədi daşıyır”.

“Qafqazinfo”

Son xəbərlər
Digər xəbərlər