15 C
Baku
Saturday, April 20, 2024

Nazirdən təhsil kreditləri ilə bağlı açıqlama

Təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən işlər aparılır.

Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə “2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə bağlı deputatların suallarını cavablandırarkən deyib.
“Təhsil kreditləri ilə bağlı konkret məlumat verə bilmərəm. Bu gün iqtisadi durumla bağlı, əsasən də inflyasiyanın nisbətən yüksək olduğunu nəzərə alsaq, 12-13%-lə təshil kreditlərinin alınması əlverişli olmaz.

Təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən işlər aparılır. Həm Təhsil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən işlər görülür. Bu barədə yaxın gələcəkdə, payız sessiyasında müəyyən məlumat veriləcək”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər