23 C
Baku
Saturday, April 20, 2024

Rusiyada bu rüb dollar bahalaşacaq – Rusiya İqtisadi İnkişaf Nazirliyi

Rusiyada oktyabr ayından etibarən ABŞ dolları bahalaşmağa başlayacaq və dekabrın yekununda orta məzənnə 63 rubl təşkil edəcək.

“Gazeta.ru” saytına istinadən, bu proqnozu Rusiya İqtisadi İnkişaf Nazirliyi yayıb.

Nazirliyin proqnozu ilə analitiklər də razılaşırlar: onların proqnozu isə 60-70 RUB/USD diapazonunda dəyişir. Nazirlik mütəxəssislərinin fikrincə, bu ilin son rübündə neftin qiyməti düşməyə davam edəcək. Oktyabrda “Urals” markalı neftin orta qiymətinin 51 dollar/barel, noyabrda 49 dollar/barel, dekabrda isə 47 dollar/barel olacağı ehtimal edilir. Nazirlik neft qiymətlərinin düşməsi fonunda dolların məzənnəsinin yüksələcəyini ehtimal edir. Belə ki, oktyabrda dolların 60,8 rubl, noyabrda 62,1 rubl, dekabrda isə 63 rubl təşkil edəcəyi gözlənilir. Son rüb üçün orta məzənnənin isə 62 RUB/USD, 2017-ci il üçün isə 59,4 RUB/USD olacağı proqnozlaşdırılır.

Analitiklərin fikrincə, dolların bahalaşması “carry-trade” əməliyyatlarının cazibliyinin itməsinə səbəb olacaq və investorların sürətlə Rusiya aktivlərindən çıxaraq dollara keçməsinə gətirib çıxaracaq. Bu da dolların məzənnəsini 70 rubla qədər yüksəldə bilər.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər