19 C
Baku
Thursday, April 25, 2024

Necə etmək olar ki, işləri sabaha saxlamayasan?

Hər bir insanın elə işləri var ki, o, onları bütün var gücü ilə, hər dəfə yeni bəhanələr taparaq və uyduraraq, sabaha saxlamağa, təxirə salmağa çalışır. Adətən insanlar onunla təskinlik tapır ki, bu işi mütləq sabah edəcəklər, amma sabah da necə deyirlər, “köhnə ham, köhnə tas” və iş görmək üçün  həmin “sonra” deyilən məqam gəlib yetişmir. Vaxt isə həmişəki kimi dayanmaq bilmir. Ən çətin işləri sonraya saxlamamaq vərdişini özündə necə yaratmaq olar?

Nəyə görə əllərimiz heç bir işə yatmır?

Bu darıxdırıcı hesabat hələ bir həftə öncə təhvil verilməli idi. Şkafdakı toz isə artıq bir aydır ki, təmizlənməsini gözləyir, siz hələ də konspektinizi yazmamısınız? Bütün bunlar ona görədir ki, daha vacib hesab etdiyiniz digər işlər sizin başınızı qarışdırır, sizi xoşlamadığız işləri etmək məcburiyyətindən xilas edir. Bəs, onda nəyə görə sizdə öz həyatınızı səliqə-sahmana salmaq istəyi yoxdur?

Məsələn, rəhbərlik üçün vaxtında yazılmamış hesabat, özünə olan əminsizlik  və təqdim olan məlumat və göstəricilərə inamsızlıqdan xəbər verir. Belə halda insanlar qeyri iradi şəkildə rəhbərliyin mümkün narazılığından qorxur və bu prosesi  gecikdirməyə çalışırlar.  Amma əlbəttə ki, işləri daha uzun müddətə təxirə salmaq üzrə rekord sahibləri heç bir şübhəsiz ki, vaxt çatışmazlığından əziyyət çəkənlər və ya olduqca tənbəl insanlardır.

Nizam-intizam hər məsələdə olmalıdır

Əgər bütün çətin işləri ilk növbədə etsəniz, onda sizi daha çətin işlərin gözlədiyindən narahat olmayacaq və bir az da dincələ biləkciksiniz. Onda işlər bütün gün ərzində sizin başınız üzərində “Demokl qılıncı” kimi asılmayacaq və hər dəfə etməli olduğunuz işləri xatırlayaraq kefiniz pozulmayacaq.

Ona görə də ən çətin və xoşagəlməz işləri birinci etmək qaydasına əməl etmək lazımdır. Əgər iş həcm etibarı ilə həddindən artıq böyükdürsə və insan onu hansı tərəfdən başlayaraq etməli olduğunu bilmirsə, onda həmin işi bir neçə tapşırığa parçalayaraq, onları növbə üzrə etmək olar. Bu halda isə azdan başlamaq lazımdır, məsələn qaçışla məşğul olmaq istəyirsiniz, amma qaçmağa həvəsiniz yoxdur, onda ilk dəfə üçün 15 dəqiqə ilə kifayətlənin. Daha sonra isə prosesə uyğunlaşaraq, həmin davamiyyət müddətini artırmaq olar.

Əgər işin həyata keçirilməsi sizin heç beş dəqiqənizi aparmırsa onu boş-boşuna təxirə salmaq axmaqlıqdan başqa bir şey deyil. Belə şeylərə özünü öyrəşdirmək lazımdır –bu sizə küllü miqdarda vaxta qənaət etmək imkanı verəcək. Həmçinin sanki kiməsə borclusunuz kimi, etməli olduğunuz işi yada salaraq əhval-ruhiyyəniz korlanmayacaq.

Hər şəxsi qələbə mükafatlandırılmalıdır: özünüzü tərifləməyi, həmçinin arada bir əzizləməyi heç kəs sizə qadağan etmir, ona görə bu zaman xəsislik etməyə heç bir gərək yoxdur.

Vaxt çatışmazlığı və ya hər şeyi necə çatdırmaq olar?

Vaxt çatışmazlığını, günü səlis şəkildə planlaşdırmaq ilə kompensasiya etmək olar: bu sizə heç bir dəqiqənizi əbəs yerə sərf etməməyə və daha çox iş çatdırmağa kömək edəcək, belə olduqda siz adi vaxtlar ilə müqayisədə daha məhsuldar olduğunuzu hiss edəcəksiniz, həm də xüsusi yorğunluq hiss etməyəcəksiniz. Əgər insan gün ərzində evi yalnız tozsoranla yığışdırmağı düşünürsə, onda elə yalnız buna vaxt çatdıracaq. Əgər görəcəyiniz işlərin siyahısı genişlənərsə, onda hər şey daha sürətlə və daha məhsuldar həyata keçəcək.

Hər şeyi sabaha saxlamaq kimi güclü istəyi dəf etmək üçün, özünlə məşğul olmaq, öz vaxtını planlamaq lazımdır. Hər şey, heç də ilk baxışda göründüyü kimi çətin deyil. Əslində sadəcə bir az hövsələ, diqqətlilik və güc tələb olunur ki, hətta uzaqdan olduqca mürəkkəb görünən bir işin asanlıqla öhdəsindən gələsən. Bu zaman heç də hamımın güman etdiyi kimi iri miqyaslı qurbanlara və fədakarlığa gərək yoxdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər