23 C
Baku
Thursday, April 25, 2024

Neft 85 dollaradək bahalaşa bilər – “S&P Dow Jones”un proqnozu

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,14% azalaraq 51,49 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,30% artaraq 57,58 dollar olub.

“S&P Dow Jones”un departament rəhbəri Codi Qunzberq CNBC telekanalına müsahibəsində bildirib ki, son həftələr ərzində neftin qiymətində müşahidə olunan artım tendensiyası davam edəcək. Onun fikrincə, nəhayət bazarda “real balanslaşma” başlanıb. C. Qunzberqin proqnozuna əsasən, təklif defisitlə üzləşərsə, neftin qiyməti 80, hətta 85 dollaradək yüksələ bilər. “Qiymət artımı anidən baş verməyəcək. Onun dəstəyə ehtiyacı var”, – deyə o vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər