21 C
Baku
Thursday, April 25, 2024

“Neft bazarı qiymətlərin 77,5 dollar səviyyəsində qalmasına hazırlaşır”

Bu ilin aprel ayının əvvəlindən neftin qiymətinin kəskin artması yaxın zamanlarda təklifin artacağına işarə ola bilər.

“RİA Novosti”yə istinadən xəbərə görə, bu barədə “Saxo Bank”ın (Danimarka) analitiki Ole Hansen deyib.

Onun sözlərinə görə, OPEC və Rusiya iyunun 23-də keçiriləcək birgə iclasdan sonra hasilat həcminin azaldılması variantından imtina edə bilər. Eyni zamanda analitik bildirir ki, ABŞ İran neftinin ixracına istədiyi təsirə yiyələnmək istəyir.

“Ötən həftə alıcılar neftin 1 barelini 80 dollara almaq və əlavə təkan yaratmaq əvəzinə qiyməti aşağı salmağa çalışırdılar. Geosiyası risklər, çox güman ki, bazarın “möhkəm əsaslarını” qoruyub saxlayacaq. Lakin bu yaxınlarda baş verən qiymət dəyişikliyi bazarın neftin qiymətinin 77,50 dollar səviyyəsində qalmasına hazırlaşdığına işarə edir”, – deyə Ole Hansen bildirib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər