17 C
Baku
Friday, April 19, 2024

Neft haqqında nələri səhv düşünürük?

Hər bir sahədə olduğu kimi neft haqqındakı təsəvvür və düşüncələrimiz müəyyən mənada həqiqətlə ayaqlaşmaya bilər. Bəzən bu düşüncələrin əksəriyyəti sözün əsl mənasında cəfəngiyyatdan başqa bir şey deyildir.

Beləliklə, insanlar arasında geniş yayılmış yalnış düşüncələrdən ən populyar olan “Neft tükənəcək, çünki onun ehtiyatları məhduddur və yenilənmir” ideyasıdır.

Burada müəyyən mənada həqiqətə yaxınlıq var. Lakin əslində vəziyyət bir qədər başqadır. Dünyada hələ də çox həcmdə neft var, lakin buna baxmayaraq onun emal edilməsi xərcləri artır. Asanlıqla neft əldə edilən yataqlar tükəndikdə, şirkətlər nisbətən çətin yataqlarla işləməyə məcbur olur ki, bu da onlara bir qədər baha başa gəlir.

Bu vəziyyət hər iki tərəfi kəskin olan qılıncı xatırladır. Neftin emal edilməsi xərcləri mənfəətsiz olduqda, neft qiymətləri onun emalına tələb olunan xərclərlə müqayisədə kəskin templərlə artmır. Neft emalı ilə məşğul olan şirkətlər yeni neft yataqlarının kəşf edilməsinə yatırım etməkdə həvəsli olmayacaqlar. Bu halda dünya bazarında neft təklifi əhəmiyyətli dərəcədə azala bilər.

Neft qiymətləri kifayət qədər sürətlə artsa və enerji xərcləri iqtisadi fəallığa mənfi təsir etməyə başladıqda, burada artıq söhbət ciddi iqtisadi böhrandan, neft qiymətinin enməsindən, neft emalının mənfəətsizliyindən gedəcək və bunun da ardınca yeni neft yataqlarına edilən investisiyalar məhdudlaşacaq.

Neft barəsində sahib olduğumuz yalnış düşüncələrdən biri də “Neft ehtiyatları 50%-ə endikdə bazarda neft təklifi məhdudlaşmağa başlayacaq. Nəticədə isə emal edilən qaza tələbat uzunmüddətli və yavaş-yavaş enəcək”-dir.

Bu səhv fikir “neft emalında pik”-ə (peak oil) inananlar arasında geniş yayılmışdır. Həmçinin qeyd etmək lazımdır ki, oxşar proqnozlar və qiymətləndirmələr müxtəlif modellərdə də mövcuddur.

Sözügedən “əfsanənin” yaranması 1950-ci ildə ABŞ-da, daha sonra isə bütün dünyada neft emalının enəcəyini proqnoz verən Merion King Habbert-in düzgün olmayan işlərinə əsaslanmaqla baş vermişdir. Onun qiymətləndirməsinə əsasən, müəyyən şərtlərdə yanacaq növlərinin emalı prosesi kifayət qədər simmetrik əyri üzrə inkişaf edir.

Bu proqnozun dəqiq olmadığı ilə bağlı əsas səbəblərdən biri ondan ibarətdir ki, bu proznoz neft təklifinin enməyə başladığı ana qədər yanacağın emalının enməsi ilə eyni zamanda digəe enerji mənbəyi hesabına enerji generasiyası əhəmiyyətli dərəcədə artacaq.

 

Enerji generasiyasının bu cür artması fonunda iqtisadiyyat neft təklifinin enməsinə görə yarana biləcək ciddi maliyyə problemləri olmadan inkişaf etməyə davam edə biləcək. Hər hansı bir digər enerji mənbəyi hesabına enerji təklifinin artırılması olmadan ciddi problem yaranacaq: dünya iqtisadiyyatı üçün əlçatan enerjinin məhdudlaşdırılması fonunda əhalinin sayı əvvəlki səviyyədə qorunub saxlana bilinməyəcək.

Adambaşına düşən enerji təklifi qəfil olaraq enməyə başlayacaq. Bu prosesin inkişafı halında kifayət həcmdə məhsul və xidmət istehsalı daha baha başa gələcək. Xüsusən də dvlət xidmətlərini əvvəlki səviyyədə dəstəkləmək çətin olacaq. Bununla yanaşı, enerji təklifinin məhdudlaşdırılması şərtlərində bərabərsəviyyəli vəziyyəti qoruyub saxlamaq üçün vergi səviyyəsinin artırılması əksər vətəndaşlar üçün həddindən artıq çox olacaq. Bu ciddi iqtisadi problemlərə və hətta iqtisadi tənəzzülə gətirib çıxara bilər.

 

Son xəbərlər
Digər xəbərlər