Neft kəskin enişin ardınca – bahalaşır

Dünya birjalarında neftin qiyməti cüzi artıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:30 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 35 sent, yəni, 0.54% artaraq 65.10$-da qərarlaşıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 19 sent, yəni, 0.25% bahalaşaraq 75.48$-a təklif olunub.

📝 RƏY BİLDİR