15 C
Baku
Saturday, April 20, 2024

Neft psixoloji həddən aşağı düşdü

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir.

Bu gün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,75% azalaraq 49,84 dollar olub.

Brent markalı neftin qiyməti yanvarın 15-dən ilk dəfə olaraq 50 dollardan aşağı düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,72% azalaraq 45,84 dollar təşkil edib.

Neftin qiymətinin ucuzlaşmasının səbəbləri kimi Çin iqtisadiyyatında yaşanan problemlər və yaxın zamanlarda İranın neft bazarına daxil olması ehtimalı göstərilir.

Son xəbərlər
Digər xəbərlər