Neft qəfil ucuzlaşdı – birjalar

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:45 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 27 sent, yəni, 0.38% azalaraq 70.43$-da qərarlaşıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 42 sent, yəni, 0.54% ucuzlaşaraq 76.70$-a təklif olunub.

📝 RƏY BİLDİR