Neft-qaz Azərbaycana ən çox valyuta gətirmir, həm də aparır

Neft-qaz sahəsi təkcə ölkəyə ən böyük valyuta gətirən sektor deyil, həm də ölkədən ən böyük valyuta aparan sektorlardan biridir.

2017-ci ilin 9 ayı üzrə tədiyə balansının göstəricilərinə görə, Azərbaycana 24.1 nilyrad dollar valyuta daxil olub. Həmin vəsaitlərdən 16.1 mlrd. dollar neft-qaz sektoru ilə bağlı olub. Daha dəqiqi, 9.7 mlrd. dollar neft-qaz məhsullarının satışından, 177.7 mln. dollar neft-qaz məhsullarının tranzitindən, 3.8 mlrd. dollar neft-qaz sektoruna qoyulan birbaşa investisiyalardan, 942 mln. dollar neft-qaz sektoruna qoyulan portfel investisiyalardan, 1.2 mlrd. dollar neft-qaz sektoru üçün alınan kreditlərdən daxil olub.

Ümumilikdə ölkəyə daxil ola valyuta kütləsinin 67%-i neft-qaz sektoruna aiddir. Həmin dövrdə ölkədən 21.9 mlrd. dollar valyuta kütləsi çıxıb və bunun da təxminən 8.9 mlrd. dolları və ya 40.5%-i neft-qaz sektorunun ehtiyacları ilə bağlıdır. Belə ki, 976 mln. dollar sektor üçün zəruri malların, 2.6 mlrd. dollar xidmətlərin idxalına yönəldilib. Əlavə olaraq, 1.6 mlrd. dollar xaricilər üçün ödənilən mənfəət və əmək haqqı gəlirlərinin, 2.1 mlrd. dollar xaricilərin əvvəlki illərdə sektora qoyduğu birbaşa sərmayələrin geri qaytarılaraq ölkədən çıxarılması ilə bağlı olub.

Təxminən 1.6 mlrd. dollar isə yerli şirkətlərin (ehtimal olunur ki, SOCAR-ın) xaricdəki layihələrinə xərclənən birbaşa sərmayələrə gedib.

📝 RƏY BİLDİR