8 C
Baku
Tuesday, March 19, 2024

Neft qiymətlərinin 50 dollara qədər bahalaşması şərti açıqlandı

OPEC təşkilatı neft qiymətlərinin 1 barrel üçün 50 dollar səviyyəsinə qayıtması üçün neft hasilatının gündəlik azaldılması həcmini 700 min barrelə qədər artırmalıdır.

Banker.az xəbər verir ki, FGE konsaltinq şirkətinin sədri Fereydun Feşaraki bu qənaətə gəlib.

Bloomberg agentliyinin verdiyi məlumata görə, FGE sədrinin fikrincə, Səudiyyə Ərəbistanı “qara qızıl” hasilatını tamamilə dayandırmağa qadır yeganə neft hasil edən ölkədir. O belə hesab edir ki, Səudiyyə Ərəbistanının neft qiymətlərini artırmaq üçün məhz elə bu addımı atacağı “kifayət qədər mümkündür”.

FGE rəhbəri həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı neft hasilatını əlavə olaraq məhdudlaşdırmasa, neft qiymətləri 1 barrel üçün 40 dollara və ondan daha aşağı enə bilər.

Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,03$, yəni, 0,07% azalaraq 42,50$da qərarlaşıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir k, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,04$, yəni, 0,09% ucuzlaşıb 44,78$a təklif olunub.

Son xəbərlər
Digər xəbərlər