16 C
Baku
Friday, April 19, 2024

Neft və ya Con Rokfellerin tarixi

Con Rokfeller bu günə qədər də ABŞ tarixində ən varlı insan hesab olunur.Əgər o zamanın dollarını bugünkü ilə müqayisə etsək, Uorren Baffet, ona olan bütün hörmətimə rəğmən, tarixin ən məşhur neft maqnatının yanına yaxın düşə bilməzdi. 

Bir çox insanlar Rokfellərə dərin rəğbət hissi bəsləyirdi, o Allah insanı olaraq, öz gəlirinin bir hissəsini xeyriyyəçilik işlərinə sərf edirdi

O, həqiqətən də ölkəyə və onun sakinlərinə, burada yaşayan insanlara kömək edirdi. Bir çoxları üçün Rokfeller əsl şeytan idi, o həmişə biznesdə ona lazım olanı götürə bilirdi. Situasiyadan asılı olmayaraq. Məhz belə bir insan ABŞ-da neft bumu zamanı varlana bilərdi, bu neft partlayışını bu gün internet kompaniyalarında müşahidə olunan bumla müqayisə etmək olar. (Qeyd: red həmin dövrdə Azərbaycanda da H.Z Tağıyev, M.Nağıyev, Muxtarov kimi neft maqnatları əmələ gəlmiş və adını çəkdiyimiz insanlar xeyriyyəçilik baxımından Rokfellerdən geri qalmamışlar). Həmin dövrdə anidən pul qazanmaq və bir göz qırpımında da onu itirmək olardı.

Milyarderə çevrilmiş klerk

Con Rokfellerin sərvəti haqqında əfsanələr dolaşır. Belə ki, 1917-ci ildə onun sərvətinin miqdarı bütün ABŞ ümum daxili məhsulunun 2,5%-nə bərabər idi. Rokfellər rahatca bütün hökuməti maliyyələşdirə bilər, bununla yanaşı o bu zaman iflas təhlükəsi ilə azacıq da üzləşməzdi. Müqayisə üçün bir neçə rəqəmə nəzər salaq:
-Amerika Birləşmiş Ştatların bütün federal büdcəsi 1917-ci ildə 715 milyon dollar idi;
-Rokfellerin sərvəti isə həmin il 900 milyon-1 milyard dollar arasında qiymətləndirlirdi;

İşə başlamaq

Amma hər şey adi klerk vəzifəsində çalışmaqla başlanmışdı. Con Rokfeller 1839-cu ildə Nyu-Yorkda dünyaya göz açmışdır. Düzdür, uzun müddət bu şəhərdə yaşamaq ona qismət olmamışdı, çünki ailə qısa bir müddətdən sonra yaşamaq üçün Pensilvaniyaya üz tutmuşdur. Qeyd etmək lazımdır ki, məhz bu köç Rokfellerin həyatında dönüş məqamı olmuşdur. Çünki Pensilvaniya ştatının torpağı neftlə son dərəcə zəngin idi. Rokfellerin ailəsinə gəldikdə isə onun anası çox mömin, dindar bir xanım idi, atası isə əksinə qadın düşkünü və sərsəri həyat tərzi sürən bir insan idi, o demək olar ki, evdə nadir hallarda peyda olurdu. Bütün bunlar ona gətirib çıxardı ki, balaca Conun qəlbi hələ uşaq yaşlarından Allah sevgisi, inam və dini dəyərlər ilə dolmuşdu (məhz bunun sayəsində o gələcəyin ən məşhur xeyriyyəçilərindən birinə çevriləcəkdi) Bundan başqa o tövbə etmiş və and içmişdir ki, heç vaxt atası kimi boş və mənasız həyat tərzi keçirməyəcək.

Con Rokfeller ailədə ən böyük uşaq olduğundan, artıq 16 yaşına çatanda o iş axtarmağa getmək məcburiyyətində qaldı. Həmin dövrə qədər o, artıq riyaziyyatı kifayət qədər yaxşı öyrənmiş və hətta Klivlenddə üç aylıq mühasibat kurslarını bitirmişdi. Amma iş tapmaq gözlədiyi kimi asan olmadı: 6 həftə axtarış hədər yerə getdi. Nəhayət Conu Hewitt and Tuttle kompaniyasında mühasib köməkçisi vəzifəsinə işə götürdülər. Qeyd etmək lazımdır ki, bu elə bir vaxt idi ki, ilk üç ayı Rokfeller daha çox öyrənirdi, nəinki işləyirdi. Yəni o hər şey tamamı ilə pulsuz edirdi.

Amma öyrənmək Rokfellerə sözün əsl mənasında zövq verirdi. O iş gününə səhər 6:30 başlayır və demək olar ki, axşam saat 10-dan sonraya qədər işləyirdi. Hewitt and Tuttle –dakı təhsil gələcək neft maqnatına çox şey verdi. Ümumilikdə Con Rokfeller çox qısa bir müddətdə özünü çox savadlı bir peşəkar kimi təsdiq edə bildi. HaT kompaniyasının idarəedici direktoru öz vəzifəsini tərk edən kimi, Con onun yerinə təyin edildi. Düzdür buna baxmayaraq ona cəmi 600 dollar maaş kəsdilər. Bu onun möhkəm xətrinə dəydi, çünki ondan əvvəl bu vəzifəni icra edən 2000 dollar alırdı. Con kompaniyanı tərk edir, belə görünür ki, əbəs yerə yox.

Rokfellerin cəmi 19 yaşı var idi, amma onun artıq müəyyən başlanğıc kapitalı var idi, o bu pulları üç illik gərgin əməyi nəticəsində qazanmışdı. Bundan əlavə o, öz eqoist atasından da borca bir az pul götürür. Bütün bunlar tərəfdaşlar ilə birlikdə çox da böyük olmayan biznes qurmaqdan ötrü lazım idi. biznes un, buğda, ət və digər məhsulların satışından ibarət idi. Söhbət 1858-ci ildən gedir. Daha sonra Con Rokfellərin həyat tarixində böyük bir boşluq var, heç kəs onun 20-31 yaşları arasında işlərinin necə getdiyini dəqiq bilmir. Çox güman ki, o, özünü kommersiyada görə bilmir. Hər necə də olsa, əsl pulları ona məhz neft qazandırmalı idi.

Amma gəlin öncə diqqət yerirək, həmin dövr üçün neft nə demək idi? Bu yeni bir şey idi, onu sənaye kerosininin istehsalı üçün istifadə edirdilər. Bundan əlavə insanlar başa düşdülər ki, kerosindən işıq alınmasında istifadə etmək olar. Bu faktor açar rolunu oynayırdı. Fikir verin ki, biznes haqqında hələ söhbət belə getmir, bütün bu hadisələr 19-cu ərsin ortalarında baş verir.

1865-ci ildə Con Rokfeller bir kimyagər ilə tanış olur (adı naməlumdur), sonuncu ona kerosin haqqında danışır. Beləliklə Standard Oil kompaniyasının əsası qoyulur. Rokfeller neft axtarışı ilə məşğul olmağa başlayır. Öz ayardıcılığının başlanğıcında gələcək milyoner diqqət yetirir ki, bütün neft biznesi sanki dolaşıq və anlaşılmaz bir mexanizmdir (necə ki, eyni vəziyyət hazırda internet sferasında hökm sürür). O başa düşür yalnız bu işləri səliqəyə salandan sonra, neft sahəsində hər hansı bir uğur haqqında fikirləşmək olar.
Öz şəriki ilə birlikdə o məhz bu işlə məşğul olmağa başlayır. Öncə şirkətin Nizamnaməsi yaradılır. əvvəlcə Rokfeller işçiləri motivasiya etmək üçün ilk vaxtlar əməkhaqqıdan imtina edir, o onları səhmlə mükafatlandırmağa çalışır. O hesab edir ki, bunun sayəsində əməkdaşlar daha fəal çalışacaq, çünki onlar özlərini şirkətin bir hissəsi kimi hesab edəcək. Bəli, son nəticədə onların gəlirləri də şirkətin nə qədər müvəffəqiyyət qazanmasından asılı olacaq.

Biznes gəlir gətirməyə başlayır, Rokfeller isə yavaş-yavaş digər neft kompaniyarını alır. Bir-bir çox da böyük və baha olmayan neft kompaniyaları sıradan çıxır. Belə bir strategiya əskər amerikanların xoşuna gəlmir. Mətbuatda hətta Rokfelleri quldur adlandırmaqdan belə çəkinmirdilər. Rokfellerin uğur yoluna nəinki qəzəbli mətbuatın atmacaları, həm də əksər vətəndaşların kəskin tənqidləri qara kölgə salırdı. Bir çoxları deyir ki, insanların ona qarşı belə kəskin münasibətin yaranmasında Rokfeller özü günahkardır. O heç vaxt həmlələrə cavab vermirdi, hətta bu aşkar böhtan və şər olsa da. Susqunluğu isə insanlar günahların etiraf edilməsi kimi qəbul edirdi. Əgər susursa, demək gizlədəsi nəsə var.

Bu və ya digər yolla, 1880-ci ildə kiçik və böyük kompaniyaların udulması və birləşməsi nəticəsində Rokfellerin əlində bütün ABŞ-ın neft biznesinin 80%-i cəmlənmişdi. Düzdür, bu təkhamiyyətlilik elə də çox sürməyəcəkdi, cəmi 10 il sonra monopoliyaya qarşı çıxan məşhur Şerman qanunu qəbul ediləcəkdi. Rokfeller ona Standart Oil kompaniyasını 34 xırda şirkətə parçalamaq ilə reaksiya verdi, amma hər şirkətdə olan nəzarət səhm paketini öz əlində saxladı. Məhz bu qanun sayəsində Con Rokfeller əvvəlkindən də varlı olur. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bütün məşhur kompaniyalar öz başlanğıcını məhz Standart Oil şirkətindən götürüblər. Məsələn bu sırada Mobile, Exxon, Chevron kimi nəhənglərin və digər kompaniyarın adını qeyd etmək olar.

Uğurun Sirri

Eyni zamanda 20-ci əsrin əvvəlində elektrikin kəşfi ilə hamıya elə gəlirdi ki, neft biznesi ciddi zərbə alacaq, belə düşünürdülər ki, bu faktor bütün neft biznesini məhv edəcək. Amma yox, bu baş vermədi. Bu təhlükə avtomobillərin yaranması ilə aradan sovuşdu, sanki onlar Tanrının bir hədiyyəsi idi.
rokfeller%203

Rokfellerin uğuru bir çox hallarda onun ailəsi ilə əlaqələndirilirdi. Dini dəyərlər Cona neft biznesində ciddi yardımçı olmuşdu, çünki burada tamamı ilə qatmaqarışıqlıq hökm sürürdü: əxlaqsızlıq iş yerlərinə belə ayaq açmışdı, dava-dalaş, oğurluq, şaxtaların nəzarətsizlik üzündən partladılması və s kimi qorxulu nüanslar. Bundan əlavə Con öz kompaniyasının mənafeyi və faydası naminə digərlərini qarşı-qarşıya qoymağı, bir-birinə düşmən etməyi bacarırdı.

O bu yolla bir neçə dəmir yol kompaniyaları ilə su nəqliyyatı nümayəndələrini bir-biri ilə toqquşduraraq, uğurlu sövdələşmə imzalamağa nail olmuşdu. Məhz bunun sayəsində Standard Oil neft barellərini öz rəqiblərindən 1,5 dəfə ucuz daşıya bilirdi.

Nəhayət, Con çox uğurlu bir nikah bağlamışdır. Onun xanımı müəllimə Lora Spelman olmuşdur, Rokfellerin sözlərinə görə həmin xanım demək olar ki, zəngin ağıl xəzinəsinə malik idi. Daha sonra Rokfeller öz qeydlərində bildirir ki, əgər onun xanımı olmasaydı, ola bilsin, o heç vaxt belə varlı ola bilməzdi.

Xeyriyyəçilik

Con Rokfeller Amerika tarixinin ən böyük xeyriyyəçilərindən biri olub. Düzdür, o Allaha səmimi qəlbdən inandığına görə bu sahədəki fəaliyyətini heç zaman bəyan etməyə cəhd etmirdi. 19-cu ərsin sonlarından etibarən biznesin idarəsini etibarlı tərəfdaşlarına həvalə edən Rokfeler öz vaxtını və diqqətini daha çox xeyriyəçilik fəaliyyətinə sərf edirdi.

Bu vaxt ərzində o, ölkə üçün çox şey edə bilmişdi. Bir də ki, söhbət heç də tamamı ilə ehtiyac içində olan insanlara köməkdən getmir. Rokfeller bütün həyatı boyu kilsənin təyin etdiyi “onluğu” ödəyib, yəni bütün aylıq gəlirinin 10%-ni. Bundan əlavə o, Çikaqo Universitetini, Spelman Kollecini, Rokfeller Universitetini, Müasir İncəsənət Muzeyini, Rokfeller Fondu və Monastrını, Rokfeller adına Tiibi Tədqiqatlar İnstitutunu tikdirib.

1917-ci ildə Con Rokfeller öz işini bütünlüklə böyük oğluna təhvil verir, üstündən 20 il ötdükdən sonra isə məşhur netf maqnatı vəfat edir. Amma bugünkü günə qədər fəaliyyət gösətərən və insanlara fayda verən onun adını daşıyan fond, hələ də onun yaşadığını göstərir.

Bütün bunlardan savayı Rokfeller bu gün aforizm kimi işlənən kifayət qədər müdrik kəlamları ilə yadda qalıb, bu sitatlar bu gün olduqca məşhurdur və onlara əksər biznes kitablarında rast gəlmək mümkündür. Onlardan bir neçəsini diqqətinizə təqdim edirik:

«Xeyriyyəçilik yalnız o zaman faydalıdır ki, insanlara həqiqi müstəqillik əldə etməyə kömək etsin».

«Sizin rifahınız elə, sizin öz qərarlaırnızdan asılıdır»

«Biznes əsasında qurulmuş dostluq, dostluq əsasında qurulmuş biznesdən daha yaxşıdır».

«İnsanlar ilə davranmaq bacarığı bir məhsuldur, bizim dükandan ala biləcəyimiz şəkər, qəhvə və digər şeylər kimi.. mən belə bir bacarığa görə, dünyadakı hər şeydən daha çox pul ödəməyə hazıram».

“Biznesdə uğur qazanmağın ən birinci və ən başlıca şərti –səbrli olmaqdır”.

Son xəbərlər
Digər xəbərlər