26 C
Baku
Saturday, April 20, 2024

Neftin bahalaşması fonunda manat bahalaşmır. Səbəb?

 “Manat ona görə möhkəmlənmədi ki neftin qiyməti kəskin enə bilər”

“2017-ci il mart ayından manatın məzənnəsində dəyişiklik müşahidə olunmur. Ötən 8 ayda bir sıra ciddi xarici faktırlar baş versə də, manatın məzənnəsi öz sabitliyini saxladı. Bu faktiki olaraq bazar şərtləri daxilində mümkün deyil. Azərbaycanda tənzimlənmə məzənnə rejimi müşahidə olunur”.

Bunu açıqlamasında İqtisadçı-ekspert Rəşad Həsənov bildirib. Ekspert deyib ki, ötən ilin aprel ayından başlayaraq ABŞ dolları digər valyutalar qarşısında öz dəyərini 12 faiz itirib: “Amma dolların ciddi ucuzlaşmasını manatın məzənnəsində müşahidə etmədik. Və yaxud neftin qiyməti ötən ilin ikinci rübündən ucuzlaşmağa başladı və proses iyun ayına kimi davam etdi. 45 ABŞ dollarına kimi neftin qiyməti ucuzlaşdı. O dövrdə neftin qiymətində 20 faizə yaxın ucuzlaşma faktı da manatın məzənnəsinə təsir etmədi. Deməli, manatın kursunu bazar deyil, inzibati qaydalar müəyyən edir”.

R.Həsənov bildirib ki, neftin qiymətində baş verən dəyişikliklər manatın məzənnəsi üzərinə psixoloji təzyiqi formalaşdırır: “Hazırda Azərbaycan neftinin qiyməti 70 ABŞ dollarından(GMT+4: 10:30 71,63$) baha qiymətə satılır. Belə şəraitdə manatın möhkəmlənməsi mümkündür. Heç kim sirrə deyil ki manatın məzənnəsinin formalaşmasında əsas faktır neftdir. Məzənnədə neftin payı 90 faizə çatır. Belə halda qeyd etdiyimiz psixoloji faktırlarla yanaşı ölkəyə daxil olan valyutanın həcmi də artıb. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən enerji şirkətlərinin xərcləri və vergi ödənişlərinin məbləği artır ki bu da bazarda əlavə valyuta təklifinə gətirib çıxarmaqla son nəticədə manatın məzənnəsinin möhkəmlənməsini şərtləndirməli idi. Bütün bu faktırlara baxmayaraq, biz manatın məzənnəsini son 8 ay ərzində tam sabit olduğunu müşahidə etdik. Bu sabitlik və qeyd etdiyimiz faktırlar biz onu deməyə əsas verir ki, manat bu gün üzən rejimdə formalaşmır. Manatın məzənnəsi hələ də diqtə məzənnəsidir”.

Ekspertin sözlərinə görə, Mərkəzi Bankı narahat edən məsələ manatın məzənnəsində nefti təsirinin hələ də ən yüksək səviyyədə olmasıdır: “Belə bir şəraitdə xarici bazarlarda ciddi dəyişiklik baş verərsə, neftin qiyməti kəskin enərsə, manatın devalvasiyası qaçılmaz ola bilər. Və manat dəyərsizləşə bilər. Belə bir şəraitdə manatın möhkəmlənməsinin qarşısının alınması başa düşüləndir. Məsələ ondan ibarətdir ki ictimaiyyət manatın məzənnəsinin üzən rejimində formalaşdığını düşünür. Amma elə deyil. Hökumətin bu gün tətbiq etdiyi metodlar bəzi hallarda başa düşüləndir: “Dediyimiz kimi gələcək dövrdə məzənnənin dinamikası ilə bağlı hökümətin narahatlıqları var. Həm beynəlxalq maliyyə qurumları, həm də strateji yol xəritələrinin öhdəlikləri onu tələb edir ki manatın real məzənnəsi tapılmalıdır”

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər