18 C
Baku
Thursday, April 25, 2024

Neftin belə bahalaşması Rusiyanı resessiyadan xilas edə bilməyəcək

Dünya bazarında neftin qiyməti 50 dollar/barelə çatsa belə, Rusiya iqtisadiyyatı 2020-ci ildən tez artıma nail ola bilməyəcək. Rusiya Ali İqtisadiyyat Məktəbi (VŞE) İnkişaf Mərkəzinin analitiklərinin fikrincə, hətta neftin qiyməti 50 dollarda stabilləşərsə, yaxın 3 ildə Rusiya iqtisadiyyatı durğunluqdan qurtula bilməyəcək.

VŞE-nin ekspertləri ölkə iqtisadiyyatının inkişafı üçün neftin qiymətindən asılı olaraq iki ssenarini nəzərdən keçiriblər. Qeyd edək ki, hər iki ssenaridə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların qüvvədə qalması nəzərdə tutulur. Birinci ssenariyə əsasən, 2020-ci ilə qədər neft qiymətləri orta hesabla 35 dollar/barel olacağı, ÜDM-in 2016-ci ildə 1,6%, 2015-2019-cu illərdə məcmu ÜDM-in 8,1% azalacağı bildirilir.

İkinci, daha optimist ssenariyə görə, neft qiymətlərinin orta hesabla 45 dollar/barel olarsa, 2016-cı ildə ÜDM-in 0,8% azalacağı, büdcə kəsirinin ÜDM-də xüsusi çəkisinin 2,7% təşkil edəcəyi, məcmu ÜDM-in 2015-2019-cu illərdə 5,6% azalacağı proqnozlaşdırılır. Araşdırmada qeyd olunub ki, neft qiymətlərinin 50 dollara yüksəlməsi Rusiyanın yeni iqtisadi şəraitə daha rahat uyğunlaşmasına kömək edəcək, lakin 2020-ci ilə qədər iqtisadi artımın əldə edilməyəcəyi qeyd olunub.

VŞE analitiklərinə görə, büdcə xərclərinin azaldılması sosial sahədə vəziyyəti çətinləşdirəcək. Büdcədən maliyyələşən insanların 2015-2020-ci illərdə real gəlirlərinin 22-30% azalması ehtimal edilir. İqtisadçıların fikrincə, resessiya davam edərsə, əhalinin real gəlirlərinin azalması daha 1-3 il davam edəcək.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər