Neftin qiymətinin son iki ilin rekordunu yenilədi. Səbəb nədir?

Dünya birjalarında “Brent” markalı xam neftin qiyməti son 2 il yeddi ayın maksimumuna çataraq 67 dollar/barreli ötüb.

“Brent”in qiymətinin 2015-ci ildən indiyədək ilk dəfə 67 dollar/barreli keçməsinin səbəbi Liviyada neft boru kəmərinə təşkil edilən hücum olub. Liviya Milli Neft Şirkəti məlumatına görə, “Es-Sider” boru kəmərinə hücumla əlaqədar xətdən neft tədarükü 70-100 min barrel azalıb.

Ekspertlərin fikrincə, Liviyada hücumla yanaşı, “qara qızıl”ın qiymətinin bahalaşmasına təsir edən amillərdən biri də Şimal dənizindəki “Forties” boru kəməri sisteminin təmirinin yubanmasıdır.

Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 66,88 dollardan, “Layt” nefti isə Nyu-Yorkun NYMEX birjasında 59,87 dollardan alıcı axtarır.

Xatırladaq ki, “Brent”in qiyməti sonuncu dəfə 2015-ci il mayın 18-də 67 dollar/barreldən baha satılıb.

Qeyd edək ki, bu ayın ortalarında İngiltərəyə gündəlik 450 min barrel neft daşıyan “Forties” boru kəmərində çatlar yaranmışdı. Həmin çatlarla əlaqədar boru kəmərini təmirə dayandıran “Forties”in operatoru xəttə təmir işlərinin bir-iki neçə həftə davam edəcəyini açıqlamışdı.