15 C
Baku
Saturday, April 20, 2024

Neftin qiyməti 100$-a deyil, 50$-a tərəf hərəkətləndi – 7 dollar ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti qəfil ucuzlaşma ilə yenidən ucuzlaşmağa doğru hərəkət etməyə başlayıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:30 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 8 sent, yəni, 0.12% azalaraq 65.73$-da qərarlaşıb. Nəzərə alsaq ki ötən ayın 21-də Amerika neftinin qiyməti 72.24$ idi, o zaman iki həftə işində 7.24$ ucuzlaşması deməkdir.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 29 sent, yəni, 0.38% ucuzlaşaraq 76.50$-a təklif olunub.

Son xəbərlər
Digər xəbərlər