Neftlə bağlı mühüm PROQNOZ: qiyməti 1 ilə 100 dollar/barel ola bilər

Səudiyyə Ərəbistanı istədiyinə nail olarsa, dünya bazarında neftin qiyməti 100 dollar/barelə qədər yüksələ bilər. Bu barədə “USA today” yazıb.

Qeyd olunub ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələr 2019-cu ilin ortalarında hasilatın həcminin daha da azaldılması məsələsinə baxır. Bu isə bazarda defisit yaradır.

Belə vəziyyət isə Səudiyyə Ərəbistanının xeyrinə olacaq, çünki  IPO-ya çıxmağa hazırlaşan “Saudi Aramco” şirkətinin bu şərtlərdə səhmlərinin dəyəri artacaq.

OPEC nümayəndələrindən biri “Reuters” agentliyinə bildirib ki, Səudiyyə Ərəbistanı neftin qiymətinin artmasına nail olmaq istəyir: “Ola bilər ki, bu, IPO ilə bağlıdır. Amma məsələ təkcə bundan ibarət deyil. “Saudi Aramco” şirkətinin səhmlərinin IPO-ya çıxmasından sonra da rəsmi Ər-Riyad yüksək qiymətləri saxlamaq niyyətindədir. Bu isə həm də ölkə iqtisadiyyatının dəyişməsi üçün pul vəsaitinə ehtiyacın olması ilə bağlıdır”.

“USA Today” iddia edir ki, Səudiyyə Ərəbistanının planları neft bazarındakı mövcud trendlərə ciddi təsir edə bilər. Qəzet yazıb ki, neftin qiymətinin qalxmasına hasilatın azaldılması, yüksək tələbat və geosiyasi gərginlik təsir edir.

📝 RƏY BİLDİR