26 C
Baku
Wednesday, April 24, 2024

Nick Vujicic-in ümid bəxş edən sitatları

O nadir xəstəlik ilə – əlləri və qolları olmadan dünyaya gəldi. Nick Vujicic uzun müddət heç nəyə baxmayaraq xoşbəxt olmağı öyrənməyə çalışdı. Və onda alındı. İndi onun cəsurluğu hər kəsə – nəinki özü kimi olanlara, hətta tamamilə sağlam insanlara belə ümid bəxş edir.

Aşağıda həyata qalib gəlmiş bu şəxsin “Sərhədsiz yaşamaq” kitabından ən məşhur sitatlarını təqdim edirik:

  • Dosta ehtiyacınız olduğunda dost olun. Özünüzün də ümidə ehtiyacınız olduğu an ümid bəxş edin.
  • Əgər heç kəs qapını açmırsa, eyni anda kömək üçün bir neçə qapını döyün.
  • Hər birimiz digərimizdə çoxlu sayda pis və çatışmayan cəhət tapa bilərik. Lakin mən qızıl zərrələri axtarmağa üstünlük verirəm.
  • Özünüzü elə aparın ki, şəxsi davranışlarınız özünüzü ilhamlandırsın.
  • Başa düşməlisiniz ki, gözlədiyiniz cavabları dərhal almaq mümkün deyil.
  • Özünüzü qəbul etməyə hazır deyilsinizsə, digər insanları qəbul etməyə ümumiyyətlə hazır deyilsiniz deməkdir.
  • Həyatda üzləşmədiyim çoxlu sayda problem var. Əminəm ki, mənim həyatım bir çox insanın həyatından min dəfə daha rahatdır.
  • Həyatınızın son nöqtəsini görməyə çalışın. Sonra isə o nöqtəyə çatdıqda təəssüflənməyəcəyiniz şəkildə yaşamağa başlayın.
  • İstənilən çətinlik ilə üzləşdikcə ondan xoşbəxtlik yaratmağı bacar.
  • Özünü uğursuz hesab edən insanlar uğura tamamilə yaxınlaşdıqda təslim olduqlarını bilməyən insanlardır.
  • Əgər ürək qırılıbsa, ideal görünüş bir mahiyyət kəsb etmir.
  • Növbəti bir gün – yeni bir imkan!
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər