15 C
Baku
Saturday, April 27, 2024

Nike haqqında bilmədiklərimiz

Nike şirkəti idmançı Phil Knight və onun məşqçisi Bill Bowerman sayəsində peyda olub. 

 Ceff Consona bir gün ərzində yeni yaradılmış şirkətə ad tapmaq tapşırığı verilir. O isə yuxuda qədim yunan ilahəsi olan Nika-nı görür. Bununla da şirkətin adı Nike olaraq yaradılır.

 Knight-ın öz şirkətinə etdiyi ilk investisiyanın həcmi 500 dollar idi. Onun ilk satış məkanı isə öz avtomobilinin yük hissəsi idi.

 Öz şirkətinin sloqanını isə Phil təsadüfən düşünüb. O telefonda ona təklif edilən versiyanı dinlədikdən sonra telefonun dəstəyini atır və deyir: “Just do it!”.

 Bir dəfə Phil Knight mühasibatlıq kursunda Portlend universitetində tələbə olan Kerolayn Devidson ilə tanış olur. O tələbə xanımdan idman ayaqqabılarının yan tərəfində təsvir etmək üçün bir məzmun yaratmağı xahiş edir. O isə ilahə Nikanın qanadlarını xatırladan bir təsvir yaradır. Tezliklə bu işarə ABŞ-da ən məşhur tatuya çevrilir və Philin ayağında da bu işarə var idi. Phil 1983-cü ildə Devidsona bu işarə formasında qızıl üzük və şirkətin səhmlərindən paket təqdim edir.

 Şirkətlə əməkdaşlıq edən Maykl Cordan-un idman ayaqqabıları qara-qırmızı rəngdə idi. Lakin belə rənglər NBA-da qadağan edilmişdi. Onu bu ayaqqabıda keçirdiyi hər oyuna görə min dollar cərimə edirdilər. Lakin Cordan buna məhəl qoymayaraq Nike məhsulu ilə oynamağa davam edirdi. Məşhur basketbolçunun yaşadığı bu qalmaqal şirkətin xeyrinə idi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər