“NIKOIL Bank” bazarda mövqeyini gücləndirir

“Nikoil Bank” ASC nizamnamə kapitalını 17 mln. manat və yaxud 6,1% artıraraq 296 mln. manata çatdıracaq.

Banker.az bildirir ki, bu barədə Report-a bankdakı mənbə bildirib.

Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 8,5 mln. ədəd yeni səhm buraxılacaq.

Bildirək ki, “NIKOIL Bank” ilk yarımillikdə (2018-ci il üzrə) ümümilikdə əməliyyat mənfəətini 16,57 manat etməsinə baxmayaraq 63,43 mln manatı problemli kreditlərə ayırmalar hesabına 45,86 mln. manat zərər etmişdi.

Xatırlatma

Bank 1995-ci ildə yaradılıb, nizamnamə kapitalı 279 mln. manatdır və səhmdarları “Topaz Investments” Şirkəti, Malina Kulişova və İSR Holdinqdir.