NIKOIL | Bank ipoteka faizlərini 7%-dək azaltdı

NIKOIL | Bank əhaliyə verilən ipoteka kreditlərinin sayına görə bank bazarının liderlərindən biridir.  Bank 2006-cı ildən etibarən Azərbaycan İpoteka Fondu ilə sıx əməkdaşlıq edərək ipoteka kreditlərinin verilməsi üzrə fəaliyyətini davam etdirir. İpoteka krediti üzrə dövlət şərtlərinə uyğun olaraq kreditlər 30 il müddətinədək 150 000 AZN məbləğinə qədər verilir. NIKOIL | Bank AİF vasitəsilə verilən standart ipoteka kreditləri üzrə faiz dərəcəsini illik 7% müəyyənləşdirdi. İlkin ödəniş məbləği daşınmaz əmlakın 20%-i həcmindədir. Əlavə olaraq, AİF vasitəsilə verilən ipoteka kreditləri üzrə Bankın təkliflərinə əsasən müştərilərin iki seçim haqqı var:

Seçim 1: illik 7%-lə 20% ilkin ödəniş;

Seçim 2: illik 8%-lə 15% ilkin ödəniş.

Dövlət ipoteka fondu ilə əməkdaşlıq sayəsində NIKOIL | Bank vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması prosesindəki fəaliyyətini uğurla davam edir.

NIKOIL | Bank Azərbaycan rayonları və Bakı üzrə inkişaf etmiş satış şəbəkəsinə malik olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesab, depozit, kart, kredit və zəmanət əməliyyatları da daxil olmaqla, müasir və etibarlı bank xidmətləri paketi təklif edir. Şirkət saytı www.nikoil.az ziyarət etməklə və ya (012) 981 qısa nömrəsinə zəng etməklə bütün bank məhsulları haqqında, aksiyaları və xüsusi təklifləri haqqında məlumat əldə etmək mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifə ünvanı  – https://www.facebook.com/bank.nikoil

📝 RƏY BİLDİR