15 C
Baku
Friday, April 26, 2024

Nikoil bank MilliÖN ödəniş sisteminə qoşuldu

MilliÖN ödəniş sistemi Azərbaycanın iri banklarından biri olan Nikoil bankla inteqrasiyanı başa çatdırdı. MilliÖN ilə əməkdaşlıq edərək, Nikoil, sayı daima artan və hal-hazırda 1500-dən artıq olan terminallar şəbəkəsi vasitəsilə əhaliyə kreditlərin ödənilməsi üzrə əlavə xidmətlər təklif edir.

Ödəniş köşkü vasitəsilə krediti ödəmək üçün Nikoil Bank müştərisinə “Bank xidmətləri” bəndini seçib “Bank Nikoil” düyməsini basmaq lazımdır. Bank müştəriləri müvafiq xanalara hesab nömrəsi və müqavilənin nömrəsini daxil etdikdən sonra zəruri olan məbləği daxil edib, çeki almalıdır. Pul vəsaitlərinin köçürülməsi real vaxt rejimində yerinə yetirilir. Pul vəsaitlərinin qəbul edilməsi üçün komissiya alınmır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər